Author: Aynure Gdp

Dubayda dünyanın ən yüksək oteli olan Ciel Dubai Marina açılıb. 364 metr hündürlüyü ilə bu möhtəşəm bina, qonaqlara unikal təcrübələr təqdim edir. GDP xəbər verir ki, otel, sürətli liftlər, şəhər və dənizə panoramik baxışlar, eləcə də iki hovuzla fərqlənir. Ciel Dubai Marina, 82 mərtəbəsi ilə qonaqlara müxtəlif səviyyələrdəki hovuzlardan, 360 dərəcəlik restoran və lounge-zonalardan möhtəşəm mənzərələr təqdim edir. Hər bir otaqda isə şəhərin canlı görüntüsünü izləməyə imkan verən şüşə divarlar yerləşir. Otelin digər üstünlükləri arasında səkkiz restoran, 24 saat fəaliyyət göstərən fitness mərkəzi və 61-ci mərtəbədə yerləşən spa mərkəzi də var. Bu qeyri-adi otel, Dubay şəhərini birbaşa izləmək imkanı yaratmaqla…

Read More

(®) Bakcell-in süni intellekt əsaslı meqa lotereyasında daha bir “Zeekr 001” qalibi məlum olub. Həftəlik tirajın nəticələrinə əsasən, 6-ci lüks avtomobil qalibi Rəbiyət Ağayeva olub. Məlumata görə, lotereya çərçivəsində süni intellekt hər gün “iPhone 17”, hər həftə isə “Zeekr 001” qaliblərini müəyyən edir. Lotereya 31 dekabr tarixinədək davam edəcək və növbəti həftələrdə daha 7 “Zeekr 001” avtomobilinin qalibləri elan olunacaq. Sən də cəmi 1 AZN ilə növbəti lüks avtomobil qalibi ola bilərsən! Lotereyada qalib gəlmək üçün sadəcə “Şans” paketlərini əldə etmək kifayətdir: 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES • 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES…

Read More

Azərbaycana olan turlar 2025-ci il oktyabr ayının nəticələrinə görə 11% ucuzlaşıb. GDP xəbər verir ki, Rusiya Dövlət Statistika Komitəsi (Rosstat) bu məlumatı yayıb. Rosstatın məlumatına əsasən, qiymətlərdə enmə trendi digər Cənubi Qafqaz ölkələri və regionlar üçün də qeydə alınıb. Belə ki, Abxaziyaya, Ermənistana və Gürcüstana olan tur paketləri də orta hesabla 11% ucuzlaşıb. Statistika həmçinin göstərir ki, ən kəskin qiymət enişi Türkiyədə qeydə alınıb. Türkiyəyə olan turlar oktyabr ayı ərzində 18%, Misirə olan turlar isə 12%-dən çox ucuzlaşıb.

Read More

Ölkənin aparıcı maliyyə və təhsil qurumlarının dəstəyi ilə 13-15 yaş arası şagirdlər üçün “Maliyyə Savadlılığı Viktorinası” təşkil olunur. Tədbir məktəblilərin pul, büdcə, qənaət və investisiya kimi maliyyə anlayışlarına aid biliklərini sınayacaq. Viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilati dəstəyi, həmçinin ölkə banklarının tərəfdaşlığı ilə həyata keçirilir. Yarış üç mərhələdən ibarət olacaq: İlkin seçim mərhələsi (7 noyabr 2025): “Google Forms” vasitəsilə qeydiyyat və suallara cavab. Nəticədə 100 nəfər yarımfinala vəsiqə qazanacaq. Yarımfinal (27 noyabr 2025): “Zoom” və “Kahoot!” platformaları üzərindən onlayn keçiriləcək və 20 nəfər finalçı müəyyən ediləcək.…

Read More

Asiya İnkişaf Bankının (AİB) rəhbəri Masato Kanda bu gün Bakının İçərişəhər Metrostansını ziyarət edib və Bakı Metropoliteninin rəhbərliyi ilə paytaxtın nəqliyyat infrastrukturunun genişləndirilməsinin növbəti mərhələsinə hazırlıq məsələlərini müzakirə edib. GDP xəbər verir ki, AİB-nin Ölkə Tərəfdaşlığı Strategiyası çərçivəsində bank Azərbaycan Hökumətinin metro xidmətlərini modernləşdirmə, rəqəmsal əməliyyatları, sistem səmərəliliyini və şəbəkə tutumunu yaxşılaşdırma planlarını dəstəkləyir. Masato Kanda vurğulayıb ki, bu səylər şəhərdə hərəkətliliyi artıracaq, Bakı üzrə bağlantıları gücləndirəcək və insanlar və bizneslər üçün imkanları genişləndirəcək. AİB rəhbəri bildirirb ki, bank səmərəli, inklyuziv və gələcəyə hazır şəhər nəqliyyatını qurmaq üçün tərəfdaşları ilə yanaşı işləməyə davam edəcək. Qeyd edək ki, AİB Azərbaycanın…

Read More

Asiya İnkişaf Bankının (ADB) Prezidenti Masato Kanda Azərbaycan üçün yeni Ölkə Tərəfdaşlıq Strategiyasının rəsmi olaraq təqdim edildiyini bildirib. GDP xəbər verir ki, Masato Kanda Maliyyə Naziri və ADB-nin nümayəndəsinin Sahil Babayevlə görüşdüyünü və Azərbaycan üçün yeni Asiya İnkişaf Bankı Ölkə Tərəfdaşlıq Strategiyasını rəsmi olaraq təqdim etdiklərini qeyd edib. Görüşdə Azərbaycanın inkişaf planlarının konkret nəticələrə necə çevrilə biləcəyi müzakirə olunub. Yeni strategiyada bərpa olunan enerji sahəsini inkişaf etdirən, dəmir yolu və metro sistemlərini modernləşdirən və özəl sektor tərəfindən idarə olunan artımı təmin edən rəqabətqabiliyyətli sənayeləri gücləndirən investisiyalar prioritet mövqedə qərarlaşıb. ADB rəhbəri son və gələcək maliyyələşdirmə sorğuları ilə bankın bu milli…

Read More

Asiya İnkişaf Bankının (AİB) Prezidenti Masato Kanda bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. GDP xəbər verir ki, bu barədə rəsmi sosial şəbəkə hesabında məlumat bölüşən Asiya İnkişaf Bankının (AİB) Prezidenti bildirib ki, görüşdə Azərbaycanın regionlar və bazarlar arasında “körpü” rolunu necə formalaşdırdığı məsələsi müzakirə edilib. AİB-in Prezidenti açıqlamasında qeyd edib ki, danışıqlar zamanı Azərbaycanın uzunmüddətli strateji prioritetləri, o cümlədən iqtisadiyyatın diversifikasiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və ekoloji cəhətdən təmiz gələcəyə doğru sürətli keçid əsas müzakirə mövzuları olub. “Orta Dəhlizdən Xəzər regionu üzrə Yaşıl Enerji Dəhlizinə qədər ölkə Asiya və Avropa üzrə həyati əhəmiyyət kəsb edən bir birləşdirici zəncir kimi…

Read More

 “Taksonomiyaların Yol Xəritəsi Təşəbbüsü” çərçivəsində, BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP30) növbəti tədbiri zamanı dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına həsr olunmuş yüksək səviyyəli tədbir keçiriləcək. “Bakıdan Belemə: Özəl kapitalın cəlb edilməsini stimullaşdırmaq üçün taksonomiyanın qarşılıqlı əlaqəliliyinin inkişafı” adlı tədbir, Dayanıqlı Biznes üzrə COP (SB COP) və İnkişafın Maliyyələşdirilməsi üzrə Beynəlxalq Klub (IDFC) ilə əməkdaşlıqla həyata keçiriləcək. Tədbirin əsas məqsədi, COP29-da müəyyən edilmiş və 2035-ci ilə qədər ildə ən azı 1,3 trilyon ABŞ dolları məbləğində iqlim maliyyəsi səfərbər etməyi hədəfləyən Yeni Kollektiv Kəmiyyət Hədəfinə çatmaq üçün zəruri olan özəl kapitalın hərəkətə gətirilməsini asanlaşdırmaqdır. Bu məqsədlə, müxtəlif yurisdiksiyaların dayanıqlı maliyyə…

Read More

Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun rəhbərliyi altında Braziliyanın Receita Federal gömrük qurumu ilə Azərbaycanın DGK-si arasında hökumətlərarası gömrük əməkdaşlığı sazişi imzlanıb. GDP xəbər verir ki, iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş BMT-nin Konfransı (COP30) tədbiri çərçivəsində Braziliyanın Manaus şəhərində “Yaşıl Gömrük: İnnovasiya və Davamlılıq” mövzusu müzakirə edildi. Tədbirdə Azərbaycanın Dövlət Gömrük Komitəsinin (DGK) iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsindəki pioner rolu xüsusi vurğulanıb. Dünya Gömrük Təşkilatının (DGT) nümayəndəsi və Braziliyanın Federal Gəlirlər İdarəsinin gömrük üzrə rəsmiləri qeyd edib ki, COP-ların tarixində iqlim dəyişikliyi məsələlərinə həsr olunmuş ilk gömrük təşəbbüsü Azərbaycan tərəfindən 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı…

Read More

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)  Avropa İttifaqının (Aİ) dəstəyi ilə hazırlanan “EU Business Climate Report: Azerbaijan 2024” hesabatında effektivlik baxımından bütün dövlət qurumları arasında birinci sırada qərarlaşdı. Bu, Azərbaycanda KOB sektoruna yönəlmiş və KOBİA tərəfindən icra edilən institusional siyasətin artıq ölçülə bilən real təsir yaratdığını və bunun beynəlxalq səviyyədə tanındığını göstərir. Son illər KOBİA tərəfindən sahibkarlıq mühitinin sadələşdirilməsi, xidmətlərin modernləşməsi və biznes-dövlət əlaqələrinin çevikləşməsi istiqamətində atılan addımlar öz praktiki nəticəsini verir. Xüsusilə KOB evləri modelinin Aİ tərəfindən innovativ təşəbbüs kimi tanınması təsadüfi deyil. Bu model sahibkarlara “tək pəncərə” rahatlığı ilə xidmət göstərir, bürokratik yükü azaldır, biznesin gündəlik ehtiyaclarına…

Read More