Author: Aynure Gdp

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % azdır. Gömrük daxilolmaları proqnozdan 3,2 % az icra edilib. “Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edərək proqnoza qarşı 96,8 faiz icra olunub”, – Maliyyə Nazirliyi bildirirb. Qeyd edək ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 10 ay ərzində həmin məbləğin 79,6 %-i təmin olunub.

Read More

İpoteka və Kredit Zəmanət Fondu “satmaq öhdəliyi ilə kirayə” mexanizmi çərçivəsində Sumqayıt şəhərində 219 yeni mənzili vətəndaşların ixtiyarına verir. GDP xəbər verir ki,mənzillər Sülh prospektində yerləşən yaşayış kompleksində yerləşir və tam təmirli vəziyyətdə təqdim olunur. Təklif olunan yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Mənzillərin seçimi üçün elektron qapılar bu gün, 20 noyabr saat 15:00-da açılacaq. Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə Fondun veb-saytında yerləşdirilən keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi prosesi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçiriləcək. Bu proseslə bağlı…

Read More

 Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. GDP xəbər verir ki, görüş zamanı ölkədə BMK-nin dəstəyi ilə icra olunan təşəbbüslər, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, eləcə də təşkilatın Azərbaycanın iqtisadi dayanıqlılığının artırılmasına töhfə verəcək gələcək planları ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Mərkəzi Bank və BMK arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub və tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Read More

 Kapital Bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov LinkedIn sosial şəbəkəsində paylaşımında qeyd edib ki, gələcək cəsarət edib başlayanlarındır. GDP xəbər verir ki, Hüseynov bildirib ki, bankın 5 il əvvəl başladığı rəqəmsal transformasiya prosesində əsas hədəfin yeni texnologiyaları tətbiq etməkdən daha çox, yerli maliyyə sektorunda “mümkünsüz” görünəni mümkün etmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün həmin cəsarətli addımların real nəticələri özünü göstərir. Son günlərdə Bir Ecosystem komandasının nümayəndələri Londonda McKinsey & Company-nin “QuantumBlack” komandası tərəfindən təşkil olunan “Süni İntellektlə Həyata Keçirilən Transformasiya” seminarında iştirak ediblər. Bankçılıq və maliyyə sahəsində süni intellektin imkanlarının müzakirə olunduğu tədbirdə “Agentic AI” və “Generative AI”…

Read More

Bakı Fond Birjasının (BFB) rəhbərliyi Azərbaycan Kapital Bazarı Assosiasiyası (AKBA), ABB Invest İnvestisiya Şirkəti və Pakistan-Azərbaycan Ticarət Palatasının nümayəndələrindən ibarət nümayəndə heyəti 10-14 noyabr tarixlərində Pakistanda rəsmi səfərdə olub. GDP xəbər verir ki, nümayəndə heyəti Kəraçidə “Kapital Bazarında Regional İnteqrasiya və İnnovasiya: Əməkdaşlığın Yeni Dövrü” mövzusunda keçirilən Beynəlxalq Kapital Bazarı Konfransı və Sərgisində iştirak edib. Bakı Fond Birjasının Baş İcraçı Direktoru Rüslən Xəlilov “Kapital Bazarı və Regional Əməkdaşlıq İmkanları” adlı panel müzakirəsində çıxış edərək, harmonizə olunmuş tənzimləmə, kiçik investorların iştirakı və fintex texnologiyalarının rolu kimi aktuial mövzulara toxunub. Səfər çərçivəsində Pakistan Fond Birjası (PSX), MUFAP, CDC, Al Meezan Investment Management…

Read More

Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar-sentyabr aylarını əhatə edən “Pul Siyasəti İcmalı”nda məlumat verilib ki, banklar həm sterilizasiya, həm də likvidliyin verilməsi yönümlü daimi imkan alətlərindən istifadə ediblər. GDP xəbər verir ki,məlumata görə, yanvar-sentyabr ayları ərzində banklar tərəfindən iş günlərinin 100%-də bir gecəlik depozit daimi imkan alətinə, 11%-də isə bir gecəlik əks-repo alətinə müraciət olunmuşdur. Onu da qeyd edək ki, əməliyyat çərçivəsinin təkmilləşdirilməsi ilə əlaqədar cari ilin fevral ayından etibarən bir günlük daimi imkan depozit və əks-repo əməliyyatlarının müddəti 24 saatdan bir gecəliyə keçirilib

Read More

Rafiq Şahverdiyev “Dreamland Bakı” şirkətində Qrup Baş İcraçı Direktor (CEO) vəzifəsinə təyin olunub. GDP xəbər verir ki, o, bu barədə məlumatı öz sosial şəbəkə hesabında bölüşüb. Qeyd edək ki, Rafiq Şahverdiyev əvvəllər “Azərsun Holdinq”də Aparatın rəhbəri və həmçinin holdinqə daxil olan “Azərbaycan Sənaye Sığorta” Şirkətində Direktorlar Şurasının sədri vəzifələrində çalışır. Həmçinin “Qarabağ” FK-nın İdarə Heyətinin üzvüdür.

Read More

2025-ci ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. GDP xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən verilən məlumata görə, bu zaman ərzində xəzinədarlıq orqanları tərəfindən 1 milyon 283 mindən çox ödəniş tapşırığı icra edilib. Bu, dövlət büdcəsinin səmərəli idarə edilməsi və maliyyə vəsaitlərinin vaxtında və tam hesabına daxil olması ilə əlaqədardır.

Read More

“Premium Bank”ın İdarə Heyətinin sədri Kamil Lətifov bankdan ayrılıb. GDP xəbər verir ki, bankdan verilən məlumata əsasən, o, öz təşəbbüsü ilə vəzifəsindən azad edilib. Hələlik bankın İdarə Heyətinə yeni sədr təyin olunmayıb. Səhmdarların yeni qərarı qəbul edilənə qədər İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edəcək. Qeyd edək ki, bankın İdarə Heyətində hal-hazırda Mahir Nəcəfovla yanaşı, üzv Fərid Abbasov da çalışır. “Premium Bank” 1993-cü ildə təsis edilib. Bankın səhmlərinin 84,5%-i AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərova, 15,22%-i “VIP Aviation Services” MMC-yə, 0,32%-i isə Elvira Əhmədovaya məxsusdur.

Read More

15 dekabr 2025-ci il tarixində “CPM-İnvest İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətində növbədənkənar ümumi yığıncaq keçiriləcək. GDP xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi; 2. Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi barədə müvafiq qurumlara müraciət edilməsi və məlumat verilməsi üçün səlahiyyətli şəxsin (onun tərəfindən etibarnamə verilən şəxsin) müəyyən edilməsi; 3. Cəmiyyətin 2026-2028-ci illəri əhatə edən Strateji İnkişaf Planının nəzərdən keçirilməsi; 4. Cəmiyyətin 2026-cı il üzrə büdcə parametrlərinin nəzərdən keçirilməsi; 5. Cəmiyyətin cari və təşkilati məsələlərinin müzakirəsi. Yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda əldə etmək olar. Yığıncaqda iştirak etmək üçün səhmdarın şəxsiyyətini təsdiq edən sənəd…

Read More