Author: Aynure Gdp

Rusiyanın “Lukoil” şirkəti ABŞ sanksiyaları səbəbindən “Şahdəniz” layihəsindəki 19,99 faizlik payını 13 dekabra qədər satmağa çalışacaq. Bildirilir kim sanksiyalar qüvvəyə mindikdən sonra şirkətin bütün beynəlxalq bank əməliyyatları bağlanacaq və bu vəziyyət “Lukoil”in layihə üzrə öhdəliklərini yerinə yetirməsinə imkan verməyəcək. Məlumata görə, dekabrın 13-dən sonra şirkət “cash call” adlanan maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək. Bu ödəniş hissəsi layihənin davamlı işləməsi üçün ayrılan vəsaitdir və yalnız ABŞ dolları ilə həyata keçirilir. Öhdəliklərin təmin olunmaması “Lukoil”i 13 fevral 2026-cı il tarixindən etibarən defolt riski ilə üz-üzə qoyur. “Şahdəniz” layihəsi şirkət üçün strateji əhəmiyyət daşıyır. 2022-ci ildə “Lukoil” “Petronas”a məxsus əlavə 9,9 faizlik payı…

Read More

Google-un səhmləri son bir həftə ərzində 5% artaraq 170 milyard dollar dəyərində bahalaşıb və şirkət yeni tarixi rekord qırıb. GDP xəbər verir ki,  bu artım, Google-a olan yüksək investor tələbinin və bazarda şirkətə olan güclü inamın əksidir. Həftə sonu məşhur maliyyəçi Uorren Baffett, nadir hallarda etdiyi bir istisna ilə Google-un səhmlərini 4,3 milyard dollar dəyərində alıb. Bu, son üç ildə Berkshire Hathaway-in dünyanın ən böyük şirkətlərinin qiymətli kağızlarını satdığı bir dövrdə baş verir. Buffett-in bu addımı, Google-a olan etibarını bir daha təsdiq edir. Eyni zamanda, bu həftə Google-un yeni Gemini 3 neyron şəbəkəsinin təqdim olunması gözlənilir. Gemini 3, videoyunlar yaratmaq,…

Read More

Azərbaycanda 30 ildir fasiləsiz fəaliyyət göstərən Tekfen İnşaat növbəti dəfə beynəlxalq arenada böyük uğura imza atıb. GDp xəbər verir ki, şirkətin inşa etdiyi Azərbaycan Mərkəzi Bankının Yeni Xidmət Binası nüfuzlu ACEC New York Engineering Excellence Awards müsabiqəsində yüksək qiymətləndirilib. American Council of Engineering Companies (ACEC) tərəfindən təşkil olunan və mühəndislik sahəsində ən prestijli yarışlardan biri sayılan müsabiqədə layihə “Yapısal Sistemlər” (Structural Systems) kateqoriyası üzrə Qızıl Mükafata (Gold Award) layiq görülüb.

Read More

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjası (BFB) və Azər Türk Bank ASC (ATB) Birləşmiş Ərəb Əmirlikləri ilə “Tabadul” layihəsi çərçivəsində strateji bir razılaşma imzalayıb. GDP xəbər verir ki, məlumata görə, Azərbaycan tərəfi ilə Əbu-Dabi Birjası (ADX) arasında bağlanan Kollektiv Mübadilə Razılaşması sayəsində hər iki ölkənin birja üzvləri qarşılıqlı olaraq bir-birinin bazarlarında ticarət edə biləcək. Bu əməkdaşlıq “Tabadul Ticarət Mərkəzi” platforması vasitəsilə həyata keçiriləcək. Platforma BFB və ADX arasında birbaşa körpü rolunu oynayaraq, investorlar və investisiya şirkətləri üçün transaksiyaların daha sürətli, təhlükəsiz və effektiv aparılmasını təmin edəcək. Razılaşmanın tətbiqində Milli Depozit Mərkəzi mərkəzi rol oynayacaq. MDM, Əbu-Dabi Birjasının…

Read More

2025-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycana 1 milyard 793 milyon 88 min dollar dəyərində 94 min 583 ədəd nəqliyyat vasitəsi idxal olunub. GDP bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. O cümlədən, 10 ay ərzində 1 milyard 606 milyon 638 min dollar dəyərində 86 min 909 ədəd minik avtomobili idxal edilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycana 1 milyard 484 milyon 417 min dollar dəyərində 74 min 723 ədəd avtomobil idxal olunmuşdu. Beləliklə, bu il Azərbaycana avtomobil idxalı dəyər ifadəsilə 308 milyon 671 min dollar və ya 20,8%, miqdar ifadəsilə…

Read More

Bloomberg agentliyinin məlumatına əsasən, ABŞ-nin keçmiş prezidenti Donald Trump avqust ayından etibarən 82 milyon ABŞ dollarından 337 milyon ABŞ dollarına qədər dəyəri olan korporativ istiqrazlar aldı. GDP xəbər verir ki, onun investisiya portfelinə Netflix, UnitedHealth Group, Boeing, Meta Platforms*, Home Depot, Broadcom və Intel Corp kimi teknologiya, səhiyyə və sənaye sektorunda aparıcı olan şirkətlərin qiymətli kağızları daxildir. Bununla belə, Ağ Ev rəsmi şəkildə bəyan edib ki, Trump və onun ailəsi üzvləri hazırda bu investisiya portfelinə birbaşa nəzarət etmir və portfel üçüncü şəxslər tərəfindən idarə olunur.

Read More

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin neftin bir bareli həftəni 67,94 ABŞ dolları səviyyəsində başa vurub. GDP xəbər verir ki, həftə ərzində neftin orta qiyməti 66,50 ABŞ dolları olub. Həftənin ilk günündən  etibarən qiymət ardıcıl dörd gün ərzində qalxaraq, ümumi artım 2,86 ABŞ dolları və ya 4.39 % təşkil edib.

Read More

Çinli tədqiqatçılar, məlumat mərkəzlərində sürəti min dəfə artıran və süni intellekdən istifadə edən foton kvant çipini təqdim etdilər. Bu, dünyada ilk dəfə hazırlanan 6 düymlük nazik-filmli möcüzə, Çinin Vıçjendə keçirilən Dünya İnternet Konfransında dünyanın hər yerindən gələn 400-dən çox iştirakçını geridə qoyaraq “Texnologiyada Liderlik” mükafatını yeni qazanıb. Zuchongzhi 3.0 (105 kubit) müəyyən tapşırıqların həllində Frontier superkompüterindən 1 kvadrilyon dəfə daha sürətlidir. Foton kompüteri Jiuzhang 2.0, klassik kompüterlərin 2,5 milyard il vaxt tələb edəcəyi bir problemi 200 saniyəyə həll etdi.

Read More