- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
Author: Aynure Gdp
2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşun müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, inflyasiyanın hədəf daxilində idarə edilməsi həm iqtisadi artımın davamlılığı, həm də maliyyə sabitliyi üçün zəmin yaradacaq: “Bu məqsədlə monitar sferada islahatlar davam etdiriləcək, inflyasiyanın amilləri və maliyyə bazarlarında gedən proseslərin təhlili dərinləşdiriləcək. Mərkəzi Bank pul siyasətini həyata keçirməklə, əsasən inflyasiyanın tələb amillərinin idarə olunmasına önəm verəcək. Təklif amillərinin effektiv idarə…
Azərbaycanda rəqəmsal ödəniş ekosisteminin mərkəzi komponentlərindən olan Ani Ödənişlər Sisteminin funksional imkanlarından daha effektiv formada istifadə edilməlidir. GDP xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev rəhbərlik etdiyi qurumun “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib. “Belə ki, digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi ilə yanaşı daha innovativ ödəniş alətlərinin və texnologiyalarının tətbiqi təmin edilməli, NFC texnologiyasından istifadə edilməsi diqqətdə saxlanılmalıdır”, – deyə o qeyd edib. Bundan başqa, Z.Nuriyev deyib ki, diqqəti çəkən digər bir məqam isə card-to-card tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə…
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə innovasiyalarının tətbiqini sürətləndirmək məqsədilə Xüsusi Tənzimləmə Rejimində (sandbox) əhəmiyyətli yeniliklər həyata keçirir. AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda etdiyi çıxışında bildirib ki, hazırda I qəbul mərhələsi üzrə 2 iştirakçının sınaq müddəti uzadılıb, II qəbul dövrü üzrə isə bir neçə layihənin yaxın günlərdə sınaq mühitinə qəbul ediləcəyi gözlənilir.Xəlilov açıdı ki, innovativ məhsulların tənzimləmə mühitinə daha çevik inteqrasiyasını təmin etmək üçün “Pre-Sandbox” modeli hazırlanır. Həmçinin, xüsusi tənzimləmə rejiminə müraciətlərin davamlı açıq müraciət modeli əsasında qəbulu üçün işlər yekun mərhələdədir. “Bu yanaşma gələcəkdə maliyyə innovasiyalarının sınaq mühitinə daha çevik və fasiləsiz şəkildə qəbulunu…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bildirib ki, biz Hökumət Ödəniş Portalı (HÖP) ödənişlərinin də mərhələli şəkildə AÖS-ə keçirilməsi üzərində işləyirik. Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Xəlilov, bu göstəricinin ödəniş kartları və POS-terminal infrastrukturunun genişlənməsi, internet və mobil bankçılıq xidmətlərindən istifadənin artması ilə əlaqədar olduğunu qeyd edib. “2025-ci ilin ilk 10 ayı ərzində ölkədə nağdsız ödənişlərin xüsusi çəkisi 67%-ə yüksəlib. Ani Ödənişlər Sistemi (AÖS) üzrə əməliyyat həcmlərinin əhəmiyyətli dərəcədə artması qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyimizi göstərir” – deyə sədrin müavini vurğulayıb. Xəlilov açıqlayıb ki, hazırda sistemin funksional imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir:…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bildirib ki, etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq bank sektorunun əsas prioritetləri olaraq qalır. GDP xəbər verir ki, Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Xəlilov, maliyyə xidmətlərinin sürətlə rəqəmsallaşması ilə əlaqədar kibertəhlükəsizliyin gücləndirilməsinin aktual olduğunu vurğulayıb. Mərkəzi Bankın maliyyə sabitliyi mandatına uyğun olaraq əsas diqqətin bank sektorunun təhlükəsiz və dayanıqlı fəaliyyətini təmin edən tənzimləmə çərçivələrinin təkmilləşdirilməsinə, risk əsaslı nəzarət mexanizmlərinin gücləndirilməsinə, həmçinin rəqəmsal əməliyyatların davamlılığı və kibertəhlükəsizlik üzrə standartların yenilənməsinə yönəldiyini bildirən sədrin müavini dedi: “Bu istiqamətlər həm strateji sənədlərimizdə, həm də gündəlik nəzarət və monitorinq fəaliyyətlərimizdə öz əksini tapır və sektorun…
Kapital Bank, müştəri davranışlarını təhlil edərək köçürmə xidmətlərində fərdi yanaşma əsasında müxtəlif limitlər tətbiq edir. GDP xəbər verir ki, bankdan verilən məlumata görə, bu yanaşma çərçivəsində 10 milyona yaxın Kartın sahibi olan müştərilərə Birbank kartları arasında edilən köçürmələr tamamilə limitsiz və komissiyasız həyata keçirilir. Bu, Birbank istifadəçilərinin bir kartdan digərinə istədiyi qədər vəsaiti heç bir məhdudiyyət olmadan köçürə bilməsi deməkdir. Digər yerli bankların kartlarına köçürmə edən müştərilər üçün isə gündəlik 10.000 manatadək olan məbləğlər üzrə komissiya ödənişindən azad edilib.
Məhəmməd Məhərrəmli İcbari Sığorta Bürosunun Risklərin İdarə Edilməsi Komitəsinin sədri təyin edilib
Məhəmməd Məhərrəmli İcbari Sığorta Bürosunun Risklərin İdarə Edilməsi Komitəsinin sədri təyin edilib. GDP xəbər verir ki,o, bu vəzifəni Mərkəzi Bankdakı əsas vəzifəsi – Risk İdarəetmə Departamentinin direktoru olaraq fəaliyyəti ilə paralel həyata keçirəcək. Məhəmməd Məhərrəmli risk idarəetmə sahəsində zəngin təcrübəyə malikdir. O bank sahəsində peşəkar karyerasına 2014-cü ildə Beynəlxalq Bankda (ABB) Baş Risk Analitiki kimi başlayıb. Burada o, 3 il 7 ay ərzində bazar və likvidlik risklərinin idarə edilməsi, portfel təhlili, Stress Testlər və Value-at-Risk (VaR) metodlarından istifadə, həmçinin Bazel tələblərinə uyğun risk çərçivələrinin işlənib hazırlanması ilə məşğul olub. Daha sonra o, PAŞA Bank-da Bazar Riskləri Departamentinin rəhbəri, AccessBank Azərbaycan-da isə…
Rusiyanın “Lukoil” şirkəti ABŞ sanksiyaları səbəbindən “Şahdəniz” layihəsindəki 19,99 faizlik payını 13 dekabra qədər satmağa çalışacaq. Bildirilir kim sanksiyalar qüvvəyə mindikdən sonra şirkətin bütün beynəlxalq bank əməliyyatları bağlanacaq və bu vəziyyət “Lukoil”in layihə üzrə öhdəliklərini yerinə yetirməsinə imkan verməyəcək. Məlumata görə, dekabrın 13-dən sonra şirkət “cash call” adlanan maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək. Bu ödəniş hissəsi layihənin davamlı işləməsi üçün ayrılan vəsaitdir və yalnız ABŞ dolları ilə həyata keçirilir. Öhdəliklərin təmin olunmaması “Lukoil”i 13 fevral 2026-cı il tarixindən etibarən defolt riski ilə üz-üzə qoyur. “Şahdəniz” layihəsi şirkət üçün strateji əhəmiyyət daşıyır. 2022-ci ildə “Lukoil” “Petronas”a məxsus əlavə 9,9 faizlik payı…
Google-un səhmləri son bir həftə ərzində 5% artaraq 170 milyard dollar dəyərində bahalaşıb və şirkət yeni tarixi rekord qırıb. GDP xəbər verir ki, bu artım, Google-a olan yüksək investor tələbinin və bazarda şirkətə olan güclü inamın əksidir. Həftə sonu məşhur maliyyəçi Uorren Baffett, nadir hallarda etdiyi bir istisna ilə Google-un səhmlərini 4,3 milyard dollar dəyərində alıb. Bu, son üç ildə Berkshire Hathaway-in dünyanın ən böyük şirkətlərinin qiymətli kağızlarını satdığı bir dövrdə baş verir. Buffett-in bu addımı, Google-a olan etibarını bir daha təsdiq edir. Eyni zamanda, bu həftə Google-un yeni Gemini 3 neyron şəbəkəsinin təqdim olunması gözlənilir. Gemini 3, videoyunlar yaratmaq,…
Azərbaycanda 30 ildir fasiləsiz fəaliyyət göstərən Tekfen İnşaat növbəti dəfə beynəlxalq arenada böyük uğura imza atıb. GDp xəbər verir ki, şirkətin inşa etdiyi Azərbaycan Mərkəzi Bankının Yeni Xidmət Binası nüfuzlu ACEC New York Engineering Excellence Awards müsabiqəsində yüksək qiymətləndirilib. American Council of Engineering Companies (ACEC) tərəfindən təşkil olunan və mühəndislik sahəsində ən prestijli yarışlardan biri sayılan müsabiqədə layihə “Yapısal Sistemlər” (Structural Systems) kateqoriyası üzrə Qızıl Mükafata (Gold Award) layiq görülüb.
