Close Menu
    What's Hot

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb

    06 Avqust 2026

    Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır

    06 Avqust 2026
    Trending
    • AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib
    • Səudiyyə Ərəbistanı sentyabr ayı üçün Asiyaya neft tədarükündə satış qiymətlərini aşağı salıb
    • Assosiasiyaların pul köçürmələrinə limit təklifi banklar üçün məcburi xarakter daşımır
    • Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək
    • Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində
    • Neft bazarında yeni reallıq: Çin oyunun qaydalarını dəyişir
    • BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
    • Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026
      Recent

      Avro əskinasları onilliklərdən sonra ilk dəfə yeni dizaynda təqdim ediləcək

      06 Avqust 2026

      BTB Bank Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

      05 Avqust 2026

      Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

      05 Avqust 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB Invest investisiya bölməsini yenilədi

      23 İyul 2026

      Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır – Birgə açıqlama

      20 İyul 2026

      Ziraat Bank 30 milyon manat həcmində istiqraz buraxır bu investorlar üçün fürsətdir, yoxsa risk?

      19 İyul 2026

      Milli Depozit Mərkəzinin İdarə Heyətinə üzv təyin edilib

      16 İyul 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026

      Bitcoin bir neçə həftədən sonra ilk dəfə 69 min dolların altına düşüb

      02 İyun 2026

      “Strategy” ilk dəfə həftəlik bitcoin alışını dayandırdı

      25 May 2026

      Coinbase 2026-cı ilin birinci rübündə 88 milyon dollarlıq bitcoin alıb

      08 May 2026

      BlackRock: Bitcoin-in qlobal dəyər saxlancı sahəsində real rəqibi yoxdur

      05 May 2026

      Ceff Bezos yenidən Amazon səhmlərini satıb- bu dəfə 346,5 milyon dollar dəyərində

      06 Avqust 2026

      Qızılın qiyməti bir gün ərzində 4,5% artaraq bir unsiya üçün 4 255 dollara çatıb

      05 Avqust 2026

      Brent nefti 79,01 dollara düşüb

      05 Avqust 2026

      ABŞ-ın səhm bazarları Microsoft-un güclü hesabatı ilə yüksəlib

      30 İyul 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026
      Recent

      AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

      06 Avqust 2026

      Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

      05 Avqust 2026

      Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

      04 Avqust 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » Azərbaycanda vergi ödəyicilərinin sayı artsa da artım tempi zəifləyir, xarici investisiyalı şirkətlər çoxalır, yerli investisiyalılar isə azalır
    İqtisadiyyat

    Azərbaycanda vergi ödəyicilərinin sayı artsa da artım tempi zəifləyir, xarici investisiyalı şirkətlər çoxalır, yerli investisiyalılar isə azalır

    18 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024-cü ilin 1 dekabr tarixi ilə 2025-ci ilin 1 dekabr tarixi arasında vergi ödəyiciləri və kommersiya qurumları üzrə göstəricilər ümumilikdə artım istiqamətində dəyişib. Əvvəlcə vergi ödəyicilərinə baxsaq, ümumi vergi ödəyicilərinin sayı 2024-də 1.590.659 olduğu halda 2025-də 1.667.152-yə yüksəlib və nəticədə 76.493 nəfərlik artım qeydə alınıb; bu artım 4,81% artım deməkdir.

    Bölgü üzrə isə fiziki şəxslərin sayı təxmini hesabla 1.385.464-dən 1.447.088-ə qalxıb, yəni 61.624 nəfər artıb və bununla fiziki şəxslər üzrə artım tempi 4,45% olub. Bununla yanaşı, fiziki şəxslərin ümumi vergi ödəyiciləri içindəki payı 87,1 %-dən 86,8 %-ə düşdüyünə görə onların payında 0,3 faiz bəndi azalma müşahidə olunur; 2025-ci ildə fiziki şəxslərin ümumi vergi ödəyiciləri içində payı 86,8 faizə enməsinə baxmayaraq, ümumi vergi ödəyicilərinin say artımı fonunda fiziki şəxslərin sayı 2024-lə müqayisədə 61.624 nəfər artaraq təxminən 1.447.088-ə yüksəlib.

    Hüquqi şəxslər və digər kateqoriyalar üzrə də artım daha sürətli gedib: bu qrupun sayı təxmini olaraq 205.195-dən 220.064-ə yüksəlib, yəni 14.869 vahid artım baş verib və artım faizi 7,25 faizə bərabər olub. Eyni zamanda hüquqi şəxslər və digərlərinin payı 12,9 %-dən 13,2 %-ə qalxdığı üçün burada 0,3 faiz bəndi pay artımı görünür. Məlumatda verilən illik artım tempi  müqayisəsi isə göstərir ki, artım davam etsə də, temp bir qədər zəifləyib: ümumi artım tempi 5,5 %-dən 4,8 %-ə enib və bu, 0,7 faiz bəndi azalma deməkdir; fiziki şəxslər üzrə artım tempi 5,3 %-dən 4,5 %-ə düşərək 0,8 faiz bəndi azalıb; hüquqi şəxslərdə isə artım tempi 7,2 %-dən 6,9 %-ə enib və burada 0,3 faiz bəndi azalma qeydə alınıb.

    Kommersiya qurumlarının ümumi sayına baxanda, 2024-cü ilin 1 dekabrında qeydiyyatda olan kommersiya qurumlarının sayı 188.877 idisə, 2025-ci ilin 1 dekabrında bu göstərici 203.001-ə çatıb. Beləliklə, ümumi say 14.124 vahid artıb və artım tempi 7,48% olub; başqa sözlə, təxminən 7,5 %-lik yüksəliş müşahidə edilib.

    Yanvar–noyabr aylarında dövlət qeydiyyatından keçən yeni kommersiya qurumlarının sayında isə artım çox cüzi olub. 2024-də 12.907 olan göstərici 2025-də 12.957-yə yüksəlib, yəni cəmi 50 vahid artım baş verib və ümumi artım faizi 0,39% səviyyəsində qalıb. Bununla belə, investisiya strukturunda müəyyən dəyişiklik görünür: yerli investisiyalı qurumların payı 89,2%-dən 88,8%- ə enib və bu enmə 0,4 faiz bəndi azalma deməkdir; təxmini say göstəricisi də 11.513-dən 11.506-ya düşdüyünə görə təxminən 7 vahid azalma baş verib və bu azalma təxminən 0,06 faiz təşkil edib.

    Xarici investisiyalı qurumlarda isə əks mənzərə yaranıb: onların payı 10,8 %-dən 11,2%-ə qalxıb və bu, 0,4 faiz bəndi artım deməkdir; təxmini say da 1.394-dən 1.451-ə yüksəlib, yəni təxminən 57 vahid artım qeydə alınıb və artım tempi təxminən 4,11% olub. Yəni ümumi qeydiyyat sayında böyük dəyişiklik olmasa da, struktur baxımından xarici investisiyalı qurumların çəkisi artıb.

    Elektron qeydiyyat göstəriciləri də müsbət istiqamətdə dəyişib. 2024-də elektron qeydiyyatla keçənlərin sayı 10.713 olduğu halda, 2025-də bu göstərici təxmini olaraq 11.026-ya yüksəlib; nəticədə təxminən 313 vahid artım yaranıb və artım tempi təxminən 2,9%olub. Daha önəmlisi, elektron qeydiyyatın ümumi qeydiyyat daxilində payı 83,0%-dən 85,1 %-ə qalxdığı üçün elektron kanalların çəkisi 2,1 faiz bəndi artıb. Qeyri-elektron qeydiyyat isə 2.194-dən təxmini 1.931-ə düşüb, yəni təxminən 263 vahid azalıb və azalma tempi təxminən 12,0% olub.

    Yerli investisiyalı MMC-lərdə elektron qeydiyyatın payı ayrıca daha da yüksəlib: bu göstərici 93,6 %-dən 96,4%-ə qalxıb və nəticədə 2,8 faiz bəndi artım baş verib; nisbi ifadə ilə yanaşanda bu artım təxminən 3,0%  səviyyəsində qiymətləndirilir.

    Kommersiya hüquqi şəxslərin təşkilati-hüquqi forması üzrə paylarda da kiçik dəyişikliklər müşahidə olunur. MMC-lərin payı 91,4%-dən 92,0%-ə qalxaraq 0,6 faiz bəndi artıb. Səhmdar cəmiyyətlərin payı 1,2 faizdən 1,1 faizə enib və burada 0,1 faiz bəndi azalma var. Kooperativlərin payı isə 1,1%  səviyyəsində qaldığı üçün bu istiqamətdə dəyişiklik olmayıb.

    Sonda qeyd etmək lazımdır ki, bəzi göstəricilər üzrə 2025 məlumatı təqdim olunmayıb.Belə ki, aktiv ƏDV ödəyicilərinin sayı və payı üzrə yalnız 2024 göstəricisi yayımlanmışdı 2025-ci ildə yayımlanmayıb, bununla yanaşı aktiv ƏDV ödəyicilərinin də sayı açıqlanmayıb,. Eyni qayda ilə aktiv kommersiya qurumlarının sayı barədə də məlumat verilməyib.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    AÇG-də 2026-cı ilin ilk yarısında 59 milyon barel neft hasil edilib

    06 Avqust 2026

    Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

    05 Avqust 2026

    Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et

    04 Avqust 2026

    Azərbaycanda məsafədən idarə olunan gəmilərlə bağlı yeni qaydalar

    03 Avqust 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.