- Qlobal bazarda neft tədarükü kəskin azalıb, aviasiya yanacağının qiyməti rekord həddə yüksəlib
- Dünya birjalarında son vəziyyət: enerji və metallar yüksəlişdə
- ABŞ-ın nəhəng şirkətlərindən Morgan Stanley və Oracle kütləvi ixtisarlara hazırlaşır
- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
Author: Aynure Gdp
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti pul-siyasəti parametrlərində dəyişiklik etməmək qərarı qəbul edib. Qərara əsasən, uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% səviyyəsində saxlanılacaq. Mərkəzi Bankdan edilən açıqlamada qeyd olunub ki, bu qərar mövcud iqtisadi şərait, inflyasiya proqnozları və beynəlxalq bazar tendensiyaları nəzərə alınmaqla müəyyənləşdirilib.
ABŞ Prezidenti Donald Tramp, ABŞ Mərkəzi Bankının (FРS) sədri Jerome Powell-i işdən çıxarmaq niyyətində olmadığını bəyan edib. Prezident, Powell-dan əsas faiz dərəcəsini mümkün qədər tez azaltmağı tələb etdiyini vurğulayıb. Tramp, jurnalistlərə verdiyi açıqlamada, “Mən onu işdən çıxarmaq istəmirəm. İstərdim ki, o, əsas faiz dərəcəsini azaltma ideyası ilə bağlı bir az daha aktiv olsun. Bu, əsas faiz dərəcəsini azaltmaq üçün mükəmməl bir zamandır,” – deyə bildirib.
Son günlər qızıl qiymətləri ciddi şəkildə artıb. Çərşənbə axşamı unsiyanın qiyməti əvvəlcə 3,500 ABŞ dollarına qalxaraq yeni rekord vurdu, sonra isə bir qədər geri çəkilərək 3,400 ABŞ dollarına düşdü. Bu dalğalanma, ABŞ-dan gələn bəzi müsbət siqnallarla bağlıdır. ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Çinə qarşı tətbiq edilən yüksək tariflər uzun müddət davam edə bilməz və yaxın zamanda bu ticarət gərginliyinin azalması gözlənilir. Son aylarda ABŞ-Çin arasında artan tarif müharibəsi bir çox sərmayəçini narahat edib. İnsanlar ABŞ dolları və dövlət istiqrazları kimi ənənəvi maliyyə alətlərinə olan güvəni bir qədər itirərək, qızıl kimi daha “təhlükəsiz” sərmayələrə üz tutublar. Nəticədə, bu ilin…
Putin Trumpa portret hədiyyə edib. GDP xəbər verir ki, şəkli CNN yayımlayıb. Məlumata görə,portretin müəllifi Nikas Safronov, rəsm əsərini Rusiyanı və ABŞ-ı yaxınlaşdırmağa ümid edərək çəkib. Rəssam həmçinin digər dünya liderlərinin portretlərini çəkməyi ilə də tanınır.
Cənubi Koreya Gömrük Xidməti, Çin istehsalçılarının öz məhsullarını Cənubi Koreya məhsulları kimi təqdim etməyə başladığını açıqlayıb. GDP xəbər verir ki, bu addım, Çin şirkətlərinin ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədilə həyata keçirilir. Gömrük xidmətinin verdiyi məlumata görə, 2025-ci ilin birinci rübündə aşkar edilən tədarüklər arasında döşəklər, batareya komponentləri, aliminium pəncərələr və mikroelektronika məhsulları yer alıb. Bu məhsulların ümumi dəyəri 20,81 milyon ABŞ dolları təşkil edir. Məlumata əsasən, bu tədarüklərin 97%-i ABŞ-a göndərilib. Bu hal, Çin istehsalçılarının, xüsusilə texnoloji və istehlak malları sahəsində, ABŞ-ın ticarət sanksiyalarından qaçmaq üçün qeyri-adi və riskli yollar axtardıqlarını göstərir. Cənubi Koreya rəsmiləri, belə tədarüklərin daha da…
Mərkəzi Bankın Maliyyə Sektorunun İnkişaf Strategiyasının 2024-cü il üzrə icra faizi ilə bağlı hesabat açıqlanıb. GDP xəbər verir ki, hesabata əsasən, strategiyanın ümumi icra faizi 81.8% təşkil edib, cəmi 18.2%-lik fəaliyyət istiqamətləri üzrə gecikmələr müşahidə olunub. Sektorlar üzrə təhlil göstərir ki, ən yüksək icra göstəricisi “Peşəkar inkişaf və maliyyə məlumatlılığı” sahəsində qeydə alınıb – 100% icra olunub. Digər sahələr üzrə icra faizləri də müsbət dinamika göstərir: “Rəqəmsal maliyyə” sahəsində 88.9%, “Ödəniş sektoru”nda 88%, “Sığorta sektoru”nda 86.2%, “Bank sektoru”nda 79.2% və “Dayanıqlı maliyyə”də 76.9%-lik icra səviyyəsinə nail olunub. Ən aşağı icra göstəricisi “Kapital bazarları” sahəsində müşahidə edilib – 69.4%. Bu sahədə…
Keçmiş ABŞ prezidenti Donald Trump Federal Rezerv Sistemini (FED) yenidən tənqid edərək faiz dərəcələrinin dərhal endirilməsini tələb edib. GDP xəbər verir ki, onun sosial mediada paylaşdığı bəyanatda Trump, enerji və ərzaq qiymətlərindəki əhəmiyyətli enişi əsas gətirərək, inflyasiya təzyiqinin artıq olmadığını iddia edib. Trump yazırdı: “Enerji xərcləri kəskin şəkildə aşağı düşüb, ərzaq qiymətləri – o cümlədən Bidenin yumurta böhranı da daxil olmaqla – xeyli ucuzlaşıb. Bu şəraitdə inflyasiya demək olar ki, yoxdur. Amma iqtisadiyyatın yavaşlaması riski var, əgər ‘Çox Gec’ ləqəbli Pauel faiz dərəcələrini dərhal endirməsə.” Keçmiş prezident FRS sədri Cey Paueli “böyük bir uduzan” adlandıraraq, onun həmişə gec qərar verdiyini…
Əfqan Abbasov Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru vəzifəsinə təyin olunub. Əfqan Abbasov Bakı Mühəndislik Universitetinin Maliyyə və Kredit üzrə bakalavr təhsilini, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə üzrə magistr təhsilini fərqlənmə ilə bitirib. Bakı Mühəndislik Universitetində İqtisadiyyat üzrə fəlsəfə doktorluğuna başlamış və Nağdsız ödənişlərin qeyri neft sektoruna təsiri üzrə araşdırmasını İtaliyada davam etdirib. Əmək fəaliyyətinə “DəmirBank”da başlayıb, Plastik Kartlar Departamentində menecer vəzifəsində, ATB Bank-da Ödəniş Kartları Departamentinin direktor müavini və ABB Bank-da isə Pərakəndə Kart sahəsinin lideri vəzifəsində çalışmışdır. Rəqəmsal ödənişlər ekosisteminin inkişaf etdirilməsi, yeni məhsulların yaradılması, rəqəmsal müştəri təcrübələrinin inkişaf etdirilməsi, Agile idarəetmə, prosessiniq mərkəzinin…
Aprelin 23-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq. Press-reliz sabah səhər saat 10:00-da ictimaiyyətə təqdim ediləcək. Mərkəzi Bank məlumatında bildirir ki, qərarla bağlı təfərrüatların müzakirəsi üçün həmin gün saat 11:00-da bankın binasında mətbuat konfransı keçiriləcək. İqtisadçılar və maliyyə bazarı iştirakçıları tərəfindən diqqətlə gözlənilən bu qərar ölkənin monetar siyasətinin gələcək istiqamətini müəyyən edəcək.
Mərkəzi Bankda Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkənin aparıcı sığorta şirkətlərinin rəhbərlərinin iştirakı ilə sığorta sektorunda rəqəmsal transformasiya və innovasiyaların təşviqi ilə bağlı tədbir keçirilib. Tədbirdə sığorta sahəsində rəqəmsal dəyişikliklər, texnoloji yeniliklərin tətbiqi, startaplarla əməkdaşlıq perspektivləri və sığorta texnologiyalarının gələcək inkişaf istiqamətləri geniş şəkildə müzakirə edilib. Mərkəzi Bankın ekspertləri ilə sığorta şirkətlərinin nümayəndələri arasında texnoloji dəyişikliklər dövründə yaranan imkanlar və çətinliklər barədə fikir mübadiləsi aparılıb. Tədbirin interaktiv formatında iştirakçıların maraqlı sualları da cavablandırılıb. Bu görüş, sığorta sektorunun rəqəmsal inkişafına dəstək vermək və innovativ həllərin tətbiqini sürətləndirmək məqsədi daşıyır. belə yazılmalı idi
