Azərbaycanda yeni salınmış bağların ilk 3 il ərzində sığortalanması tələbi müəyyən edilib.
Bunu GDP-yə açıqlamasında Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bildirib.
O qeyd edib ki, yeni salınmış bağlar ilk illərdə gəlir gətirmədiyi halda, təsərrüfat sahibi həmin dövrdə əhəmiyyətli həcmdə investisiya yatırır.
L.Alıyeva-Məmişovanın sözlərinə görə, bağların ilk 3 ili həm də onların ən riskli inkişaf dövrlərindən hesab olunur. Bu baxımdan sığorta tələbinin tətbiqi fermerlərin yatırdığı sərmayənin müxtəlif təbii risklərdən qorunmasına xidmət edəcək.

