Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 23 milyard 869 milyon kubmetr qaz nəql edilib.
GDP xəbər verir ki, magistral qaz kəmərləri ilə daşınmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalıb.
Hesabat dövründə qaz nəqlinin 56,2 faizi Cənubi Qafqaz boru kəməri Bakı-Tbilisi-Ərzurum vasitəsilə həyata keçirilib.
Bu kəmərlə 13 milyard 423,3 milyon kubmetr qaz nəql edilib. Bu, 2023-cü ilin 7 ayı ilə müqayisədə 5,4% çoxdur.