Beynəlxalq Enerji Agentliyi (BEA) zəifləyən Çin iqtisadiyyatının istehlaka təsirini əsas gətirərək 2025-ci il üçün qlobal neft tələbi proqnozunu aşağı salıb.
GDP xəbər verir ki, Parisdə yerləşən agentlik Çinin neftə tələbatının iyun ayında ardıcıl üçüncü ay azaldığını və xam neft idxalının ən aşağı səviyyəyə enməsi səbəbindən iyul ayında daha da zəifləyə biləcəyini qeyd edib.
Çinin pandemiyadan sonrakı iqtisadi dirçəlişinin təsiri azaldıqca, BEA Qərb iqtisadiyyatlarında, xüsusən də qlobal benzinin üçdə birinin istehlak edildiyi ABŞ-da güclü tələbat gözləyir.
BEA həmçinin 2024-cü il üçün qlobal neft tələbi artımı proqnozunu dəyişməz saxlayıb.