Neft qiymətləri ABŞ-da yanacaq ehtiyatlarının azalması ilə bağlı məlumatlara əsaslanan güclü artımdan sonra ucuzlaşıb.
Bakı vaxtı ilə saat 8:01-ə Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir barel üçün 81,08 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,63 dollar və ya 0,77% azdır.
Nyu-Yorkun əmtəə birjasında elektron hərraclarda sentyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 0,64 dollar və ya 0,82% ucuzlaşaraq 76,95 dollar olub.