Dünya bazarlarında neftin qiyməti ucuzlaşır. Buna səbəb Rusiya dizel yanacağının tədarükü hesabına qlobal dizel yanacağı çatışmazlığının azalacağına dair gözləntilərdir.
Londonun ICE Futures birjasında dekabr ayı üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata əsasən, əvvəlki ticarət sessiyasının bağlanış göstəricisi ilə müqayisədə 1,14 dollar (1,07%) azalaraq bir barel üçün 105,51 dollar təşkil edib.
Nyu-York Əmtəə Birjasının elektron ticarətində noyabr ayı üzrə WTI markalı neftin fyuçersləri isə 1,09 dollar (1,16%) ucuzlaşaraq bir barel üçün 92,65 dollara enib.

