Brent markalı neftin bir barreli 83,28 dollara yüksəlib. Şimal dənizinin Brent nefti əvvəlki sessiyadakı cüzi artımdan sonra bu gün səhər bir qədər bahalaşır.Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 83,28 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,18 dollar və ya 0,22% bahadır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 1,17 dollar və ya 1,51% bahalaşaraq 78,89 dollar olub.