Həftəsonu ABŞ və İsrailin İrana gözlənilən zərbəsinin baş tutmaması fonunda Brent və WTI neftinin qiymətləri ilkin olaraq təxminən 2% azalıb. Daha sonra ICE birjasında Brent üzrə eniş 6,43%-ə çatıb, qiymət gün ərzində minimum 109,22 dollara düşüb.
Ötən həftə Brent 117 dolları keçərək martdan bəri ən yüksək səviyyəyə yüksəlmişdi. Bloomberg-in məlumatına görə, texniki göstəricilər bazarda həddindən artıq alışa və mümkün qiymət geriləməsinə işarə edirdi.
Geosiyasi risklərin zəifləməsi qiymətlərə əlavə təzyiq göstərib. Neftin ucuzlaşması inflyasiyanın yavaşlamasına da kömək edə bilər.

