Neft qiymətləri ötən həftə yüksəldikdən sonra bir qədər ucuzlaşıb
GDP xəbər verir ki, Brent neftinin qiymətləri keçən həftə yüksəldikdən sonra bazar ertəsi səhər mülayim ucuzlaşıb.
Bakı vaxtı ilə saat 9:09-a Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 1 barel üçün 85,17 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 7 sent aşağıdır.
Nyu-York əmtəə birjasında elektron hərraclarda WTI markalı neftin avqust fyuçersləri də 7 sent azalaraq 80,66 dollar olub.