Brent markalı neftin qiyməti 86,1 dollar/barel səviyyəsində sabitləşib
GDP xəbər verir ki, Benchmark neft qiymətləri bir gün əvvəl yüksəldikdən sonra bu gün səhər sabit qalıb. Treyderlər Yaxın Şərqdəki hadisələri izləyirlər.
Bakı vaxtı ilə saat 09:13-ə Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti bir barel üçün 86,06 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,05 dollar və ya 0,06% bahadır.
Nyu-York əmtəə birjasında elektron hərraclarda avqust ayı üçün WTI neftinin fyuçersləri də 0,05 dollar və ya 0,06% artaraq 81,68 dollar olub.