“Beynəlxalq maliyyə tərəfdaşları ilə güclü əlaqələrin qurulması regional ekosistemə inteqrasiyamızı daha da dərinləşdirməyə imkan verəcək”.
GDP xəbər verir ki, bunu “Bir” ekosisteminin baş icraçı direktoru Fərid Hüseynov bildirib.
O qeyd edib ki, Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının baş katibi Jianming Qi və beynəlxalq maliyyə institutlarının nümayəndələrini “Bir” ekosisteminin baş ofisində qəbul ediblər.
F.Hüseynovun sözlərinə görə, görüşdə 5 milyondan çox müştəriyə xidmət göstərən, Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi kimi qurulan “Bir”in inkişafı barədə fikir mübadiləsi aparılıb.
“Görüşdə süni intellekt, rəqəmsal ekosistemlər, region bankları ilə fintex şirkətləri arasında daha sıx əməkdaşlıq mövzularında ətraflı müzakirələr apardıq”, – deyə o bildirib.
F.Hüseynov Azərbaycanın Orta Dəhliz üzərində strateji mövqeyinə də diqqət çəkib. O vurğulayıb ki, ölkə regional iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafında mühüm rol oynayır.



