Bizim yanaşmamız « yalnız “Amazon” səhmlərini alaq» deyil.
Bunu GDP-yə açıqlamasında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direktoru Fərid Hüseynov deyib.
O bildirib: «Kapita Bank» öz investisiya strategiyası çərçivəsində xarici bazarlara da investisiya edir. Bu hər hansısa bir dövlətin özünün buraxdığı qiymətli kağızlar yaxud nüfuzlu şirkətin buraxdığı qiymətli kağızlar ola bilər. Bu bizim üçün standart qaydada kreditləşmə kimi bir alətdir. Biz kredit verəndə müştərini təhlil etdiyimiz kimi investisiya etdiyimiz qiymətli kağızlaraı da təhlil edirik.
Fərid Hüseynov əlavə edib ki, əsas istiqamətimiz Azərbaycan olduğu üçün xaricdə investisiyalarımızın həcmi çox böyük deyil. «Bizim yanaşmamız «yalnız “Amazon” səhmlərini alaq» deyil. İnvestisiyalarımız daha çox gəlirliyin və risklərin balansı olan portfelə istiqamətlənib.»
Müəllif: Aynur Qəniyeva