12 sentyabr 2024-cü il “Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
GDP xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Kapital Bank” ASC-nin Müşahidə Şurasının tərkibinin yenilənməsi haqqında,
2. Digər məsələlər.
Məruzəçi Yaşar Məmmədovdur.
Yığıncaq Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən bankın ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.