İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə qaydalarına 1 oktyabr 2026-cı ildən dəyişikliklər edilib.
GDP xəbər verir ki, yeniliklər mexanizmin əlçatanlığını artırmaq, şəffaflığı gücləndirmək və sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır.
Yeni qaydalara əsasən:
- Kirayəçi öhdəliyini başqa şəxsə müqavilə bağlandıqdan 3 il sonra ötürə biləcək.
- Öhdəliyini ötürən şəxs mexanizmdən ötürülmə tarixindən 5 il sonra təkrar yararlana biləcək.
- Müraciət zamanı Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan şəxslər mexanizmdən faydalana biləcəklər.
- Yalnız “müsbət” və “qənaətbəxş” kredit tarixçəsi olan şəxslər kirayə mənzil əldə edə biləcəklər.
Qeyd edək ki, mexanizm çərçivəsində indiyədək Bakı, Sumqayıt və Abşeronda 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Əlavə məlumat üçün Fondun 1549 Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

