Azərbaycan Mərkəzi Bankının “966” Çağrı Mərkəzinə 2026-cı ilin oktyabr ayında ümumilikdə 6 845 zəng daxil olub.
GDP xəbər verir ki, Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, daxil olan zənglərin 6 451-i cavablandırılıb. Bu da ümumi müraciətlərin 94%-ini təşkil edir.
Hesabat dövründə zənglərin orta gözləmə müddəti 22 saniyə, orta cavablandırılma müddəti isə 1,7 dəqiqə olub.
Oktyabr ayında 394 zəng (6 faiz) itirilmiş zəng kimi qeydə alınıb. Geri əlaqələrdən sonra yekun itirilmiş zənglərin sayı 45-ə, payı isə 0,6 faizə enib.
Bununla yanaşı, əks əlaqə səviyyəsi 93 faiz təşkil edib və bu göstərici üzrə 814 müraciət qeydə alınıb.
Çağrı Mərkəzinin xidmətindən istifadə edənlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, xidmətdən məmnunluq səviyyəsi 95% olub.

