Sosial Tədqiqatlar Mərkəzində Mərkəzi Bankın İstehlakçılarla iş departamenti ilə Mərkəz arasında görüş keçirlib.
GDP xəbər verir ki, görüşdə Mərkəzi Bank tərəfindən İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədov, İstehlakçılarla iş departamentinin Vətəndaşların qəbulu şöbəsinin rəisi Vüsal Hüseynov,
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Mərkəzin icraçı direktoru Sahib Məmmədov, Sosial-iqtisadi təhlil departamentinin müdiri Seymur Əliyev iştirak edib.
Mərkəzi Bankla Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Birgə fəaliyyətlə bağlı təkliflərin hazırlanaraq Mərkəzi Bankın və Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətlərinə təqdim olunması qərara alınıb.