Ödənişlərin aparılması, vəsaitlərin köçürülməsi və nağdlaşdırılması zamanı ödəniş xidməti təchizatçıları tərəfindən təqdim olunan QR kodun tərtib edilməsinə dair minimum tələbləri müəyyən edilməsi məqsədilə “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” hazırlanıb və Mərkəzi Bankın İdarə Heyətinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilərək bankın internet səhifəsində (www.cbar.az/page-848/methodological-documents ) yerləşdirilənib.
Bu GDP-nin Mərkəzi Bankın “Ölkədə vahid QR kod yaradılması” ilə bağlı sorğusuna Mərkəzi Bankın mətbuat xidməti tərəfindən verilən cavabda bildirlir.
Məlumatda qeyd olunur : “Metodoloji Rəhbərliyin məqsədi Azərbaycan Respublikası ərazisində QR kod vasitəsi ilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi üçün vahid QR kod formatının müəyyən edilməsidir.”