İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentinin ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvarla görüşüb.
GDP xəbər verir ki, bu barədə Mikayıl Cabbarov sosial şəbəkə hesabında məlumat yayıb.
Nazirin sözlərinə görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi, eləcə də yeni iqtisadi imkanların araşdırılması barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Bundan əlavə, Azərbaycan–Böyük Britaniya Birgə Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının ikitərəfli iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsində rolu müzakirə olunub.




