Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz oktyabrın 29-da saat 10:00-da dərc olunacaq.
GDP xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, həmin gün saat 11:00-da qurumda mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransı Mərkəzi Bankın rəsmi veb-saytı, “YouTube” kanalı və “Facebook” hesabı üzərindən canlı yayımlanacaq.

