Close Menu
    What's Hot

    Bakıda böyük Gamer turniri keçirəcək – Qalib komandalara 5 min manat pul mükafatı veriləcək

    20 Oktyabr 2026

    Keepface Çin məhsullarının satışını dəstəkləyəcək – ilk pilot bazar Azərbaycan olacaq

    20 Oktyabr 2026

    Pərviz Şahbazov:”Binaların rəqəmsal enerji pasportlaşdırılmasına 2027-ci ildən başlanması üçün hazırlıq görülür”

    20 Oktyabr 2026
    Trending
    • Bakıda böyük Gamer turniri keçirəcək – Qalib komandalara 5 min manat pul mükafatı veriləcək
    • Keepface Çin məhsullarının satışını dəstəkləyəcək – ilk pilot bazar Azərbaycan olacaq
    • Pərviz Şahbazov:”Binaların rəqəmsal enerji pasportlaşdırılmasına 2027-ci ildən başlanması üçün hazırlıq görülür”
    • Neft Fondunun aktivləri 13,5 milyard dollar, xərcləri 13,4 faiz, investisiya gəlirləri 19 faiz artıb, büdcədənkənar gəlirləri 12 milyard dolları ötüb
    • Visa və Mesh-dən yeni addım: ayrıca kart olmadan kripto ilə alış-veriş
    • Süni intellekt təhsili və əmək münasibətlərini necə dəyişir? – Düşənbədə beynəlxalq müzakirə
    • BlackRock: Tokenləşdirilmiş fondlar ənənəvi maliyyə sisteminə inteqrasiya olunur
    • Neft Fondundan xaricdə təhsil proqramına ayrılan vəsait 83,6 faiz artıb
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Bakıda böyük Gamer turniri keçirəcək – Qalib komandalara 5 min manat pul mükafatı veriləcək

      20 Oktyabr 2026
      Recent

      Bakıda böyük Gamer turniri keçirəcək – Qalib komandalara 5 min manat pul mükafatı veriləcək

      20 Oktyabr 2026

      Neft Fondunun aktivləri 13,5 milyard dollar, xərcləri 13,4 faiz, investisiya gəlirləri 19 faiz artıb, büdcədənkənar gəlirləri 12 milyard dolları ötüb

      20 Oktyabr 2026

      Visa və Mesh-dən yeni addım: ayrıca kart olmadan kripto ilə alış-veriş

      20 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH

      17 Oktyabr 2026

      66,3 milyon manatlıq tələbin formalaşdığı PAŞA Bank IPO-su üzrə yeni dividend ödənişi ediləcək

      14 Oktyabr 2026

      NEQSOL Holding Amsterdamda keçiriləcək beynəlxalq tədbirə dəstək verir

      13 Oktyabr 2026

      Ruslan Xəlilov: “Beynəlxalq brokerlər Bakı Fond Birjasına məsafədən üzv ola biləcəklər”

      25 Sentyabr 2026

      BlackRock: Tokenləşdirilmiş fondlar ənənəvi maliyyə sisteminə inteqrasiya olunur

      19 Oktyabr 2026

      “Qara bazar ertəsi”: Düz 39 il əvvəl ABŞ-də tarixinin ən böyük birja çöküşü baş verib

      19 Oktyabr 2026

      İlon Mask ABŞ-də hər uşağa 146 dollar dəyərində SpaceX səhmi paylayacağını vəd edib

      19 Oktyabr 2026

      Brent neftinin qiyməti 107,91 dollara düşüb

      19 Oktyabr 2026

      BlackRock-un investisiya yatırdığı Securitize şirkəti Solana blokçeynində tokenləşdirilmiş səhmlər buraxmağa başlayıb

      08 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Binance sorğusu: Azərbaycandakı kripto istifadəçilərinin 70%-dən çoxu ticarətə maraq göstərir

      04 Oktyabr 2026

      BlackRock: Tokenləşdirilmiş fondlar ənənəvi maliyyə sisteminə inteqrasiya olunur

      19 Oktyabr 2026

      “Qara bazar ertəsi”: Düz 39 il əvvəl ABŞ-də tarixinin ən böyük birja çöküşü baş verib

      19 Oktyabr 2026

      İlon Mask ABŞ-də hər uşağa 146 dollar dəyərində SpaceX səhmi paylayacağını vəd edib

      19 Oktyabr 2026

      Brent neftinin qiyməti 107,91 dollara düşüb

      19 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Pərviz Şahbazov:”Binaların rəqəmsal enerji pasportlaşdırılmasına 2027-ci ildən başlanması üçün hazırlıq görülür”

      20 Oktyabr 2026
      Recent

      Pərviz Şahbazov:”Binaların rəqəmsal enerji pasportlaşdırılmasına 2027-ci ildən başlanması üçün hazırlıq görülür”

      20 Oktyabr 2026

      Azərbaycanın statistika sistemində hansı çatışmazlıqlar var?-Beynəlxalq ekspertlər araşdıracaq

      19 Oktyabr 2026

      Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

      19 Oktyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Neft Fondunun aktivləri 13,5 milyard dollar, xərcləri 13,4 faiz, investisiya gəlirləri 19 faiz artıb, büdcədənkənar gəlirləri 12 milyard dolları ötüb
    Bank

    Neft Fondunun aktivləri 13,5 milyard dollar, xərcləri 13,4 faiz, investisiya gəlirləri 19 faiz artıb, büdcədənkənar gəlirləri 12 milyard dolları ötüb

    20 Oktyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ildə əhəmiyyətli dərəcədə artsa da, büdcə gəlirləri azalıb, büdcə xərcləri isə yüksəlib. Aktivlərin artımında investisiya gəlirləri ilə yanaşı, qızılın bahalaşması və valyuta məzənnələrinin dəyişməsi nəticəsində yaranan büdcədənkənar gəlirlər mühüm rol oynayıb.

    2024-cü ilin sonunda Fondun idarə etdiyi aktivlərin dəyəri təxminən 60 milyard 31,5 milyon ABŞ dolları olduğu halda, 2025-ci ilin sonunda bu göstərici 73 milyard 539,7 milyon ABŞ dollarına çatıb. Beləliklə, aktivlər bir il ərzində təxminən 13 milyard 508,2 milyon ABŞ dolları və ya 22,5 faiz artıb. Bu, Fondun sərəncamında olan maliyyə ehtiyatlarının əhəmiyyətli dərəcədə böyüdüyünü göstərir.

    Bununla belə, Fondun illik büdcə gəlirlərində azalma qeydə alınıb. Büdcə gəlirləri 2024-cü ildəki 18 milyard 38,99 milyon manatdan 2025-ci ildə 17 milyard 160,39 milyon manata enib. Azalma 878,6 milyon manat və ya 4,9 faiz təşkil edib. Büdcə xərcləri isə əks istiqamətdə dəyişərək 12 milyard 896,4 milyon manatdan 14 milyard 627,2 milyon manata yüksəlib. Başqa sözlə, Fondun xərcləri 1 milyard 730,8 milyon manat və ya 13,4 faiz artıb. Gəlirlərin azalması və xərclərin yüksəlməsi nəticəsində büdcə profisiti, yəni gəlirlərin xərclərdən artıq olan hissəsi, təxminən 5 milyard 142,6 milyon manatdan 2 milyard 533,2 milyon manata düşüb. Beləliklə, profisit 2 milyard 609,4 milyon manat və ya 50,7 faiz azalıb. Fond hər iki ili büdcə artıqlığı ilə başa vursa da, 2025-ci ildə həmin artıqlığın həcmi təxminən yarıbayarı kiçilib.

    Büdcə gəlirlərinin azalmasının əsas səbəbi mənfəət neftinin və qazın satışından daxilolmaların aşağı düşməsi olub. Bu mənbədən əldə olunan gəlirlər 2024-cü ildə 11 milyard 461,38 milyon manat təşkil etdiyi halda, 2025-ci ildə 9 milyard 497,02 milyon manata enib. Nəticədə daxilolmalar 1 milyard 964,36 milyon manat və ya 17,1 faiz azalıb. Hesabatlarda göstərilən bir barel neftin orta satış qiyməti də 82,3 ABŞ dollarından 69,5 ABŞ dollarına düşüb. Bu, bir barel üzrə 12,8 ABŞ dolları və ya 15,6 faiz azalma deməkdir. Neftin orta satış qiymətinin aşağı düşməsi Fondun neft gəlirlərinə mənfi təsir göstərib.

    Vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər isə artaraq neft-qaz satışından daxilolmalardakı azalmanı qismən kompensasiya edib. Büdcə göstəricilərinə əsasən, bu gəlirlər 2024-cü ildəki 5 milyard 795,26 milyon manatdan 2025-ci ildə 6 milyard 894,01 milyon manata yüksəlib. Artım 1 milyard 98,75 milyon manat və ya 19 faiz təşkil edib. Bunun nəticəsində vəsaitlərin idarə edilməsindən gəlirlərin ümumi büdcə gəlirlərindəki payı 32,1 faizdən 40,2 faizə yüksəlib, yəni təxminən 8 faiz bəndi artıb. Bu dəyişiklik investisiya fəaliyyətinin Fondun gəlirlərinin formalaşmasında daha böyük rol oynadığını göstərir.

    Digər gəlir mənbələri üzrə bonus ödənişləri 778,22 milyon manatdan 765,74 milyon manata enib. Bu istiqamətdə azalma 12,48 milyon manat və ya 1,6 faiz olub. Müqavilə sahələrindən istifadəyə görə ödənilən akrhesabı ödənişlər hər iki ildə təxminən 3,6 milyon manat səviyyəsində qalıb. Tranzit haqları üzrə gəlirlər isə 0,53 milyon manatdan 0,01 milyon manata düşüb. Hesabatlarda yuvarlaqlaşdırılaraq göstərilən bu məbləğlər əsasında azalma təxminən 520 min manat və ya 98,1 faiz təşkil edib.

    Xərclərin artımında əsas rolu dövlət büdcəsinə transfertin yüksəlməsi oynayıb. Fondun dövlət büdcəsinə köçürdüyü vəsait 2024-cü ildəki 12 milyard 781 milyon manatdan 2025-ci ildə 14 milyard 481 milyon manata çatıb. Beləliklə, transfert 1 milyard 700 milyon manat və ya 13,3 faiz artıb. Bu artım Fondun ümumi büdcə xərclərindəki 1 milyard 730,8 milyon manatlıq yüksəlişin təxminən 98,2 faizini formalaşdırıb. Yəni xərclərdəki artımın demək olar ki, hamısı dövlət büdcəsinə daha çox vəsait köçürülməsi ilə bağlı olub.

    Təhsil proqramlarının maliyyələşdirilməsində isə fərqli istiqamətlər üzrə həm artım, həm də azalma müşahidə edilib. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinə dair Dövlət Proqramına ayrılan vəsait 2024-cü ildəki 47,33 milyon manatdan 2025-ci ildə 86,9 milyon manata yüksəlib. Artım təxminən 39,6 milyon manat və ya 83,6 faiz təşkil edib. Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının maliyyələşdirilməsi isə 33,95 milyon manatdan 18,6 milyon manata enib. Bu istiqamətdə xərclər təxminən 15,4 milyon manat və ya 45,2 faiz azalıb. Hər iki proqram birlikdə götürüldükdə, təhsilə ayrılan vəsait təxminən 81,3 milyon manatdan 105,5 milyon manata yüksəlib. Beləliklə, təhsil proqramları üzrə ümumi maliyyələşdirmə təxminən 24,2 milyon manat və ya 29,8 faiz artıb. Fondun idarə edilməsi ilə bağlı xərclər də 34,1 milyon manatdan 40,6 milyon manata yüksələrək təxminən 6,5 milyon manat və ya 19,1 faiz artıb.

    İnvestisiya portfelinin illik gəlirliliyi 2024-cü ildəki 6 faizdən 2025-ci ildə 6,2 faizə yüksəlib. Burada artım 0,2 faiz bəndi təşkil edib. Ayrı-ayrı investisiya istiqamətləri üzrə borc öhdəlikləri portfelinin gəlirliliyi 3,5 faizdən 4,7 faizə yüksələrək 1,2 faiz bəndi artıb. Səhm portfelinin gəlirliliyi isə 17,8 faizdən 17,6 faizə enərək 0,2 faiz bəndi azalıb. Daşınmaz əmlak və infrastruktur istiqamətində nəticə yaxşılaşıb: 2024-cü ildəki mənfi 2,9 faizlik gəlirlilik 2025-ci ildə müsbət 1,5 faizlə əvəzlənib. Beləliklə, bu istiqamətdə 4,4 faiz bəndi yaxşılaşma baş verib.

    Fondun investisiya portfelinin strukturunda ən böyük dəyişiklik qızılın payının artması olub. Qızılın portfeldəki payı 2024-cü ildəki 20,6 faizdən 2025-ci ildə 38,2 faizə yüksəlib, yəni 17,6 faiz bəndi artıb. Hesabatların əsas göstəricilər bölməsindəki yuvarlaqlaşdırılmış məbləğlərə görə, qızıl investisiyalarının dəyəri təxminən 12,4 milyard ABŞ dollarından 28,1 milyard ABŞ dollarına çatıb. Bu, təxminən 15,7 milyard ABŞ dolları və ya 126,6 faiz artım deməkdir. Borc öhdəliklərinə yatırımların dəyəri isə təxminən 28,2 milyard ABŞ dollarından 21,9 milyard ABŞ dollarına enərək 6,3 milyard ABŞ dolları və ya 22,3 faiz azalıb. Səhmlərə yatırımlar təxminən 16 milyard ABŞ dollarından 18,8 milyard ABŞ dollarına yüksələrək 2,8 milyard ABŞ dolları və ya 17,5 faiz artıb. Bununla belə, ümumi portfel daha sürətlə böyüdüyü üçün səhmlərin portfeldəki payı 26,6 faizdən 25,6 faizə enib.

    Aktivlərin artımını izah edən mühüm göstərici büdcədənkənar gəlirlərdir. Valyuta məzənnələrinin dəyişməsi və qızılın yenidən qiymətləndirilməsi nəticəsində yaranan xalis büdcədənkənar gəlir 2024-cü ildə 936,6 milyon ABŞ dolları olduğu halda, 2025-ci ildə 12 milyard 20 milyon ABŞ dollarına çatıb. Bu göstərici 11 milyard 83,4 milyon ABŞ dolları və ya 1 183,4 faiz artıb, başqa sözlə, təxminən 12,8 mislinə yüksəlib. Təkcə qızıl üzrə qiymət dəyişməsindən yaranan gəlir 1 milyard 991,6 milyon ABŞ dollarından 9 milyard 915,4 milyon ABŞ dollarına yüksəlib. Artım 7 milyard 923,8 milyon ABŞ dolları və ya 397,9 faiz təşkil edib. Digər valyutalar üzrə isə 2024-cü ildə 1 milyard 55 milyon ABŞ dolları məbləğində mənfi məzənnə fərqi yarandığı halda, 2025-ci ildə 2 milyard 104,6 milyon ABŞ dolları müsbət məzənnə fərqi qeydə alınıb.

    Beləliklə, 2025-ci ildə Dövlət Neft Fondunun maliyyə nəticələrində iki əsas meyil müşahidə olunub: neft-qaz satışından daxilolmaların azalması və dövlət büdcəsinə transfertin artması büdcə profisitini kiçildib, investisiya gəlirlərinin yüksəlməsi, qızılın bahalaşması və müsbət məzənnə fərqləri isə aktivlərin böyüməsini təmin edib. Fondun aktivlərinin 22,5 faiz artması büdcə gəlirlərinin artması ilə deyil, böyük ölçüdə investisiya aktivlərinin dəyərinin yüksəlməsi ilə izah olunur. Qızılın qiymət dəyişməsindən yaranan gəlir hesabatlarda büdcədənkənar gəlir kimi göstərildiyinə görə onu illik büdcə gəlirləri ilə eyniləşdirmək olmaz.

    Müəllif: Aynur Qəniyeva 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Bakıda böyük Gamer turniri keçirəcək – Qalib komandalara 5 min manat pul mükafatı veriləcək

    20 Oktyabr 2026

    Visa və Mesh-dən yeni addım: ayrıca kart olmadan kripto ilə alış-veriş

    20 Oktyabr 2026

    Neft Fondundan xaricdə təhsil proqramına ayrılan vəsait 83,6 faiz artıb

    19 Oktyabr 2026

    Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə əməkdaşlıq memorandumu imzalayıb

    19 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.