Robusta qəhvəsi qiymətlər keçən həftə 1970-ci illərdən bəri ən yüksək səviyyəyə çatdıqdan sonra bazar ertəsi ucuzlaşıb.
GDP xəbər verir ki, London birjasında Robusta fyuçersləri 4,7% azalaraq bir ton üçün 4716 dollar təşkil edib. Ötən cümə günü kotirovkalar 5 min dolları keçib.
Analitiklər bildirib ki, ehtiyatlar indi azdır və bu, artan volatilliyə zəmanət verir.
Treyderlər Vyetnam və Braziliyada robusta məhsullarını qiymətləndirir, həmçinin Qırmızı dənizdəki gəmiçilik problemlərini və Braziliya limanlarında gəmi çatışmazlığını izləyirlər.
“Bu fundamental amilləri qiymətləndirmək çətindir, lakin qiymətlər bu qədər yüksəldikdə, əsaslardan asılı olmayaraq bazar hərəkət edir” deyə ekspertlər əlavə edib.