Qızılın qiymətində son kəskin ucuzlaşmadan sonra alış istiqamətində texniki siqnallar formalaşıb.
GDP xəbər verir ki, qiymət 4 142 dollar səviyyəsinə qədər gerilədikdən sonra toparlanaraq 4 151 dollar ətrafına yüksəlib. Texniki göstəricilərlə yanaşı, həcm dinamikası da alıcıların fəallaşmasına işarə edir.
Mövcud hərəkətin davam etməsi halında 4 175–4 200 dollar intervalı ilk müqavimət zonası kimi diqqətdə saxlanıla bilər. Daha güclü bərpa zamanı isə 4 214 və 4 234 dollar səviyyələri ön plana çıxır.
Bununla belə, qiymət hələ əsas müqavimət səviyyələrinin altında olduğundan qısamüddətli eniş trendinin tam dəyişdiyini söyləmək tezdir.
Əvvəlki alış mövqelərində riskin azaldılması məqsədilə stop səviyyəsinin giriş qiymətinə keçirilməsi nəzərdən keçirilə bilər.


