2024-cü ilin yeddi ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verilib.
GDP xəbər verir ki, bu ilin yeddi ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitəbank” ASC (Rabitabank OJSC), “AccessBank” QSC (Azərbaycan), “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib.
Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “AccessBank” QSC”, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) və “Yelo Bank” ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.
Trending
- Emin Ağalarov Özbəkistanda 5 milyard dollarlıq turizm layihəsi reallaşdırcaq
- Kazino ilə bağlı rüsum ödəniləcək – Detallar məlum oldu
- PAŞA Bank-ın rəhbərindən bankın 18 illiyi ilə bağlı açıqlama: Hər zaman müştərilərin ehtiyaclarını anlayan, uyğun həllər təqdim edən bank olmaq üçün çalışmışıq
- Azərbaycan və Maldiv arasında viza ləğv olunub
- Neftin qiymətləri, İran və İsrail arasındakı münaqişənin gərginləşməsi səbəbindən təxminən 5% artıb
- Azərbaycanda kazino oyunlarına icazə verilir – RƏSMİ
- Bankın Rəhbəri: ABB-də hər rüb 4000-dən artıq əməkdaş arasından yalnız 1%-i öz xüsusi nailiyyətlərinə görə “Fərqli” statusu qazanır
- Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda çıxış edib