Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığorta agentləri ilə görüş keçirilib. Görüşdə vasitəçilik institutunu maraqlandıran məsələlər, agentlərin qarşılaşdığı çətinliklər və onların həlli yolları, həmçinin qanunvericiliyə təklif oluna biləcək əlavə və düzəlişlər müzakirə olunub.
GDP xəbər verir ki, ASA-nın İcraçı direktoru Abas Miskərli bildirib ki, sığorta vasitəçilərinin fəaliyyətinin aktivləşdirilməsi və mövcud problemlərin operativ araşdırılması məqsədilə Assosiasiyanın tərkibində iki yeni işçi qrupu – “Sığorta agenti” və “Sığorta brokeri” üzrə qruplar yaradılıb.
Qeyd edək ki, hazırda ASA-da şirkət rəhbərlərinin təmsil olunduğu “Həyat sığortaçılığı” və “Qeyri-həyat sığortaçılığı” komitələri, habelə müxtəlif sahə mütəxəssislərini əhatə edən 20-yə yaxın işçi və ekspert qrupu fəaliyyət göstərir.


