S&P 500 indeksinin ABŞ da seçki keçirilən illərində dəyişmə dinamikası diqqəti cəlb edib.
GDP xəbər verir ki, son 100 il ərzində yəni 1928-ci ildən 2016-cı ilə qədərki müddəti əhatə edən zaman kəsiyində S&P 500 indeksi seçki keçirilən illərində orta hesabla 11,28% artıb.
Qalib gələn partiyaya görə dinamika:
Respublikaçıların qələbələri: S&P 500 orta hesabla 15,3% artıb.
Demokratik qələbələr: İndeksdə orta hesabla 7,6% artım qeydə alınıb.
Qeyd edək ki, 2020-ci il cədvələ daxil edilməyib, lakin təxminən 16% artımla başa çatıb.Cari İlə gəldikdə isə hazırda bu seçki ilində S&P 500 təxminən 10,8% artıb.