“Biz, əksinə, xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik”.
GDP xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında deyib.
O, Mərkəzi Bankın xarici bankların ölkəyə gəlməsində maraqlı olmaması barədə fikirləri yanlış adlandırıb.
“Bu, həm sektorun inkişafına töhfə verəcək, həm insan kapitalının inkişafı, həm informasiya texnologiyalarının istifadəsi, həm də ümumi rəqabət nöqteyi-nəzərindən”, – deyə AMB sədri vurğulayıb.

