Zaur Rzayev Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində fəaliyyətə başlayıb.
GDP xəbər verir ki, bu barədə Zaur Rzayev “LinkedIn” hesabında məlumat verib. O bildirib ki, yeni vəzifəsində Fondun kommunikasiya fəaliyyətinin gücləndirilməsi, maraqlı tərəflərlə səmərəli əlaqələrin qurulması, eləcə də Azərbaycanda biznesin inkişafı və innovasiyaların təşviqinə yönəlmiş təşəbbüslərə töhfə verməyi qarşısına məqsəd qoyub.
Zaur Rzayev bundan əvvəl uzun illər Dünya Bankında çalışıb. O, 2018-ci ilin noyabrından 2026-cı ilin iyulunadək Dünya Bankında xarici əlaqələr üzrə mütəxəssis, 2011–2018-ci illərdə kommunikasiya üzrə mütəxəssis, 2000–2011-ci illərdə isə tərcüməçi və kommunikasiya üzrə assistent kimi fəaliyyət göstərib.
Əmək fəaliyyətinin əvvəlki dövründə, 1997–2000-ci illərdə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan nümayəndəliyində ictimai informasiya üzrə assistent və tərcüməçi vəzifəsində çalışıb.
Zaur Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər üzrə bakalavr, beynəlxalq münasibətlər və siyasi elmlər üzrə magistr təhsili alıb. Hər iki təhsil pilləsini fərqlənmə ilə başa vurub.

