Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yeni “Elektron ipoteka və kredit zəmanət” sisteminin yaradılması üçün açıq tender elan edib.
GDP xəbər verir ki, satınalmanın predmeti “Elektron ipoteka və kredit zəmanət” sisteminin yaradılması ilə bağlı iş və xidmətlərin həyata keçirilməsidir.
Tender üzrə ehtimal olunan qiymət 7 milyon 612 min 861 manat müəyyən edilib. Beləliklə, Fond yeni elektron sistemin yaradılmasına təxminən 7,6 milyon manat xərcləməyi planlaşdırır.
Yeni sistemin İpoteka və Kredit Zəmanət Fondunun ipoteka və kredit zəmanəti istiqamətində həyata keçirdiyi proseslərin elektronlaşdırılmasına xidmət edəcəyi gözlənilir.

