Euroclear Rusiya UC Rusal, Rusiya Dəmir Yolları və Evraz kimi iri şirkətlərin on avrobondu üzrə hesablaşmaları yenidən bərpa edib.
GDP xəbər verir ki, ekspertlərin qiymətləndirməsinə görə, bu addım investorlara:Qiymətli kağızları Avropa Depozitarındakı Rusiyanın depozitar hesablarına köçürməyə, sonradan həmin qiymətli kağızları əvəz etmək üçün emitentə təqdim etməyə imkan verəcək.
Açıqlama Rusiyanın beynəlxalq maliyyə əməliyyatlarında mövcud olan məhdudiyyətlər fonunda mühüm əhəmiyyət kəsb edir.