X platformasında (əvvəlki Twitter) böyük bir qalmaqal baş qaldırıb. Jurnalistlər Biden administrasiyasının Reuters-ə 300 milyon dollarlıq maliyyə dəstəyi verdiyini ortaya çıxarıblar.
GDP xəbər verir ki,məlumatlara görə, bu vəsaitlər federal agentliklər vasitəsilə yönləndirilib və Elon Musk-ı diskreditasiya etməyə hədəflənib.
Reuters-ə qarşı ittihamlara görə, il ərzində bir sıra saxta məlumatlar yayılıb, o cümlədən Kamala Harris-in Donald Trump-ı sorğularda qabaqladığı iddiaları, Musk-ı nüfuzdan salma cəhdləri və onun şirkətləri haqqında yalan xəbərlərin dərc olunması. Yeni ABŞ administrasiyası indi bu sxemi araşdırmağa hazırlaşır.
“Qərəzsiz jurnalistika”nın mövcud vəziyyəti qısaca belədir.