ABŞ-ın investisiya şirkəti Morgan Stanley-in Bitcoin birjasında ticarət olunan fondu (ETF) ilk ticarət günündə 34 milyon dollar vəsait toplayıb.
GDP xəbər verir ki, bu məbləğ bazarın ümumi həcmləri ilə müqayisədə kiçik sayılsa da, Uoll-strit şirkətlərinin kriptovalyuta bazarına artan marağını göstərir.
Hazırda iri investorların bu bazara ehtiyatlı yanaşdığı müşahidə olunur.

