Dünyanın ən iri qəhvə istehsalçısı Braziliyada uzun sürən yağışlar məhsul yığımını ləngidib.
GDP xəbər verir ki, ICE birjasında ehtiyatlar çoxillik minimuma düşüb. Nəticədə qəhvənin qiyməti bir ay ərzində 40% artıb.
Analitiklər yaxın aylarda təklifin bərpa olunmayacağını, qiymət təzyiqinin davam edəcəyini proqnozlaşdırır. Pərakəndə satışda bahalaşma 2–3 ay sonra hiss olunacaq.


