Neft qiymətləri əvvəlki gün qeydə alınan artımdan sonra çərşənbə səhəri mülayim yüksəlişini davam etdirir. GDP xəbər verir ki,qiymət artımına ABŞ və İran arasında yaxın vaxtlarda sülh sazişinin əldə olunacağına dair şübhələr təsir göstərib.
Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:04-ə olan məlumata görə, əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsi ilə müqayisədə 0,56 dollar və ya 0,63% artaraq bir barel üçün 89,47 dollar təşkil edib.
Nyu-York Əmtəə Birjasının elektron hərraclarında WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,58 dollar və ya 0,7% yüksələrək bir barel üçün 83,78 dollara çatıb.
Bir gün əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bildirib ki, Vaşinqton öz davranışını dəyişənədək Hörmüz boğazı bağlı qalacaq.

