2026-cı ilin iyul ayının sonuna iqtisadiyyata kredit təşkilatları tərəfindən qoyulan kreditlərin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətən artıb.
GDP Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, kredit qoyuluşları 30 milyard 257,9 milyon manatdan 34 milyard 155,1 milyon manata yüksəlib.
Artım 3 milyard 897,2 milyon manat və ya 12,9% təşkil edib

