2026-cı ilin iyul ayının sonuna Azərbaycanda qeyri-bank kredit təşkilatlarının (BOKT) kredit qoyuluşlarında əhəmiyyətli artım qeydə alınıb.
GDP Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, BOKT-ların kredit qoyuluşlarının ümumi həcmi ötən ilin eyni dövründəki 1 milyard 759,7 milyon manatdan 2 milyard 59,8 milyon manata yüksəlib.
Beləliklə, qeyri-bank kredit təşkilatlarının kredit portfeli bir il ərzində 300,1 milyon manat və ya 17,1% artıb.
Göstəricilər hesabat dövründə BOKT-ların kreditləşmə fəaliyyətinin genişləndiyini və kredit qoyuluşlarında ikirəqəmli artım tempinin qeydə alındığını göstərir

