Dövlət xidmətlərinin rəqəmsal platformalarında istifadəçi sayı 1,4 milyona çatdı
GDP xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbəri Fərid Osmanov “Media üçün rəqəmsal səriştələr” sessiyasında bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəticəsində rəqəmsal platformaların aktiv istifadəçi sayı 1,4 milyon nəfərə yüksəlib.
F. Osmanovun sözlərinə görə, müxtəlif dövlət qurumlarında rəqəmsal inkişafın təhlili aparılaraq xüsusi yol xəritələri təsdiqlənib. Bu addım qurumlararası inteqrasiyanı təmin etmək və rəqəmsal mühitdə xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır.

