Azərbaycan Respublikası Mərkəzi Bankı Bakı şəhərində qeydiyyatda olan “İşgüzar-Kredit İttifaqı” MMC-nin lisenziyasını ləğv edib.
GDP xəbər verir ki, bnunla da kredit ittifaqlarının sayı 35-ə düşüb. ətraflı
Mərkəzi Bank 2026-cı ilin iyununda “İşgüzar-Kredit İttifaqı”na icrası məcburi göstəriş vermişdi. Buna səbəb qurumun 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını Mərkəzi Banka təqdim etməməsi olub.
“İşgüzar-Kredit İttifaqı” 2010-cu ildə təsis edilib və 4000 manat nizamnamə kapitalı var.

