Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri üzrə xidmət haqlarına etdiyi dəyişikliklər bankların kartdan-karta (card-to-card) köçürmələrə görə yeni komissiya tətbiq edəcəyi anlamına gəlmir.
GDP xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı operatoru olduğu ödəniş sistemləri üzrə tarifləri dəyişdirir. Lakin bu, bankların kartdan-karta köçürmələr üçün yeni xidmət haqqı tətbiq etməsi demək deyil. Belə ki, sözügedən əməliyyatlara görə komissiyalar əvvəllər də bir sıra banklar tərəfindən tutulurdu.
Ekspertin fikrincə, əsas diqqətçəkən məqam Ani Ödənişlər Sistemində (AÖS) əməliyyatların emalı zamanı istifadə olunan identifikasiya üsulundan asılı olaraq tariflərin fərqlənməsidir.
Belə ki, ödəniş kartının PAN nömrəsindən istifadə edildikdə sistem iştirakçıları üçün xidmət haqqı daha yüksək müəyyən olunur:
-
0–100 manat məbləğində əməliyyatlar üzrə — 0,03 manat;
-
100,01–1000 manat məbləğində əməliyyatlar üzrə — 0,10 manat.
PAN nömrəsi əvəzinə sadə identifikatorlardan (Alias) istifadə olunduqda isə xidmət haqları daha aşağıdır:
-
0–100 manat məbləğində əməliyyatlar üzrə — 0,01 manat;
-
100,01–1000 manat məbləğində əməliyyatlar üzrə — 0,05 manat.
T. Rüstəmov qeyd edib ki, bu yanaşmanın bankları və maliyyə texnologiyaları (fintex) şirkətlərini fiziki şəxslər arasında pul köçürmələrində PAN nömrəsi əvəzinə Alias texnologiyasından istifadəyə təşviq edəcəyi gözlənilir.
Bu məqsədlə bankların mobil tətbiqlərində müvafiq texnoloji təkmilləşdirmələr aparması və istifadəçilərə daha rahat köçürmə imkanları təqdim etməsi gözlənilir.
Qeyd edək ki, Mərkəzi Bankın təsdiqlədiyi yeni tariflər 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək. Yeni xidmət haqları ödəniş sistemlərinin iştirakçılarına tətbiq edilir və vətəndaşlardan birbaşa tutulacaq komissiyalar kimi qiymətləndirilməməlidi

