Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak çərçivəsində ABŞ-ın “Bank of New York Mellon” (BNY) maliyyə institutunun icraçı sədr müavini Hani Kablavi ilə görüşüb.
GDP xəbər verir ki, görüş zamanı Azərbaycanın maliyyə sektorunda müşahidə olunan inkişaf dinamikası, eləcə də maliyyə sektorunun tənzimlənməsi və nəzarət mexanizmlərinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən əsas təşəbbüslər müzakirə edilib.
Tərəflər ölkənin maliyyə sektorunda aparılan islahatlar və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin Azərbaycan Mərkəzi Bankı ilə “Bank of New York Mellon” arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

