2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın yüksək texnologiyalar məhsulları üzrə ixracının dəyəri 74,21 milyon ABŞ dolları təşkil edib.
GDP Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45,12 milyon ABŞ dolları və ya 155,10% artıb.
Ötən ilin müvafiq dövründə yüksək texnologiyalar məhsullarının ixracı 29,09 milyon ABŞ dolları olmuşdu.
Eyni zamanda, yüksək texnologiyalar məhsullarının idxalında da artım qeydə alınıb.
Belə ki, 2025-ci ilin ilk doqquz ayında 1 milyard 214,13 milyon ABŞ dolları olan idxalın dəyəri 2026-cı ilin eyni dövründə 1 milyard 629,73 milyon ABŞ dollarına yüksəlib.
Bu isə 415,60 milyon ABŞ dolları və ya 34,23% artım deməkdir.
Hesabat dövründə yüksək texnologiyalar məhsullarının ümumi idxalda xüsusi çəkisi 7,24%-dən 12,21%-ə, ixracda payı isə 0,16%-dən 0,31%-ə yüksəlib.

