Close Menu
    What's Hot

    Biznesin İnkişafı Fondu sahibkarlar üçün 50 min manatadək mikrokredit təqdim edir

    22 Oktyabr 2026

    Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

    22 Oktyabr 2026

    Rabitəbank partnyorları ilə görüş keçirib

    22 Oktyabr 2026
    Trending
    • Biznesin İnkişafı Fondu sahibkarlar üçün 50 min manatadək mikrokredit təqdim edir
    • Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
    • Rabitəbank partnyorları ilə görüş keçirib
    • Maliyyə Monitorinqi Xidmətinin departament rəhbəri Fuad Əliyev: “ŞƏMS sisteminə gündə orta hesabla 25 minə yaxın məlumat daxil olur”
    • Oxan Məmmədov: “Elektron satınalmaların məbləği 12,5% artıb”
    • Əfqan Abbasov: “Ani Ödənişlər Sistemi ödənişlərin 24/7 rejimində, anında və daha az xərclə icrasına imkan verir”
    • Sahil Babayev: “Dövlət müəssisələri 2027-ci il üzrə 885 dividend proqnozu hesabatı təqdim edib”
    • Sahil Babayev: “Dövlət büdcəsinin 60%-ə qədəri elektron proqnozlaşdırma əsasında hazırlana bilər”
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Biznesin İnkişafı Fondu sahibkarlar üçün 50 min manatadək mikrokredit təqdim edir

      22 Oktyabr 2026
      Recent

      Biznesin İnkişafı Fondu sahibkarlar üçün 50 min manatadək mikrokredit təqdim edir

      22 Oktyabr 2026

      Rabitəbank partnyorları ilə görüş keçirib

      22 Oktyabr 2026

      Əfqan Abbasov: “Ani Ödənişlər Sistemi ödənişlərin 24/7 rejimində, anında və daha az xərclə icrasına imkan verir”

      22 Oktyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      10 min manatlıq PAŞA Bank səhmi nə qədər qazandıra bilər?- RƏQƏMLƏRLƏ İZAH

      17 Oktyabr 2026

      66,3 milyon manatlıq tələbin formalaşdığı PAŞA Bank IPO-su üzrə yeni dividend ödənişi ediləcək

      14 Oktyabr 2026

      Yaxın Şərqdə gərginlik neft qiymətlərini yüksəldib

      22 Oktyabr 2026

      BlackRock: Tokenləşdirilmiş fondlar ənənəvi maliyyə sisteminə inteqrasiya olunur

      19 Oktyabr 2026

      “Qara bazar ertəsi”: Düz 39 il əvvəl ABŞ-də tarixinin ən böyük birja çöküşü baş verib

      19 Oktyabr 2026

      İlon Mask ABŞ-də hər uşağa 146 dollar dəyərində SpaceX səhmi paylayacağını vəd edib

      19 Oktyabr 2026

      BlackRock-un investisiya yatırdığı Securitize şirkəti Solana blokçeynində tokenləşdirilmiş səhmlər buraxmağa başlayıb

      08 Oktyabr 2026

      WSJ: Ripple Uoll-Strit banklarının ciddi rəqibinə çevrilir

      08 Oktyabr 2026

      Bitkoin 550 milyon dollarlıq mövqelərin məcburi bağlanmasından sonra ucuzlaşıb

      07 Oktyabr 2026

      Binance sorğusu: Azərbaycandakı kripto istifadəçilərinin 70%-dən çoxu ticarətə maraq göstərir

      04 Oktyabr 2026

      Yaxın Şərqdə gərginlik neft qiymətlərini yüksəldib

      22 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      BlackRock: Tokenləşdirilmiş fondlar ənənəvi maliyyə sisteminə inteqrasiya olunur

      19 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Maliyyə Monitorinqi Xidmətinin departament rəhbəri Fuad Əliyev: “ŞƏMS sisteminə gündə orta hesabla 25 minə yaxın məlumat daxil olur”

      22 Oktyabr 2026
      Recent

      Maliyyə Monitorinqi Xidmətinin departament rəhbəri Fuad Əliyev: “ŞƏMS sisteminə gündə orta hesabla 25 minə yaxın məlumat daxil olur”

      22 Oktyabr 2026

      Oxan Məmmədov: “Elektron satınalmaların məbləği 12,5% artıb”

      22 Oktyabr 2026

      Sahil Babayev: “Dövlət müəssisələri 2027-ci il üzrə 885 dividend proqnozu hesabatı təqdim edib”

      22 Oktyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
    Bloq yazıları

    Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

    22 Oktyabr 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bəzən şirkətdə hamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor.

    Məsələn, satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlar arasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir, orta səviyyəli menecerlər öz aralarında müzakirə edirlər. Amma baş direktorun masasına qoyulan hesabatlarda hər şey qaydasındadır. Ən yaxşı halda, müəyyən “kiçik çətinliklərin” olduğu qeyd edilir.

    Problem böyüyüb böhrana çevriləndə isə rəhbər təəccüblənir: “Niyə mənə vaxtında deməmisiniz?” Əslində, bu sualı bir qədər fərqli vermək lazımdır: “Niyə insanlar mənə pis xəbəri demək istəməyiblər?”

    Pis xəbəri gətirən adam niyə sevilmir?

    Bir çox şirkətdə yazılmamış qaydalar var. Onlardan biri də budur: rəhbərin əhvalını pozma. Əgər əməkdaş problem haqqında danışanda danlanırsa, səhv barədə məlumat verəndə günahkar axtarılırsa, yaxud rəhbər hər xoşagəlməz xəbərə əsəbi reaksiya verirsə, get-gedə işçilər susmağı öyrənirlər.

    Heç kim bilə-bilə özünü çətin vəziyyətə salmaq istəmir. Belə mühitdə orta səviyyəli rəhbərlər məlumatı yuxarı ötürməzdən əvvəl onu yumşaldırlar. “Satış planı yerinə yetirilməyib” əvəzinə “bazarda müəyyən çətinliklər var” yazılır. “Müştərilər narazıdır” əvəzinə “bəzi müraciətlər daxil olub” deyilir.

    Məlumat bir neçə menecer “ələyindən” keçəndən sonra isə ilkin problemdən əsər-əlamət qalmır. Nəticədə rəhbərlik real şirkəti deyil, ona təqdim olunan mənzərəni – “xəyali şirkəti” idarə etməyə başlayır.

    Bəzən rəhbərin ətrafında görünməz divar yaranır

    Xüsusilə böyük şirkətlərdə CEO ilə sıravi əməkdaş arasında bir neçə idarəetmə pilləsi olur. Bu, normaldır. Ancaq həmin pillələr informasiya ötürmək əvəzinə onu süzgəcdən keçirməyə başlayanda ciddi problem yaranır.

    Bəzi menecerlər pis xəbəri yuxarı ötürməyi öz idarəetmə bacarıqlarının zəifliyi kimi qəbul edirlər. Düşünürlər ki, rəhbər problemi eşitsə, onların işinin öhdəsindən gəlmədiyini fikirləşəcək. Bir qismi isə problemi özləri həll edəcəklərinə ümid edərək məlumatı gecikdirirlər.

    Beləcə, şirkətdə qəribə vəziyyət yaranır: pis xəbəri gizlətmək problemi həll etməkdən daha təhlükəsiz görünür.

    Əməkdaşlar niyə susurlar?

    Təxminən 20 illik fəaliyyətimdə müşahidə etdiyim mühüm məsələlərdən biri budur: təşkilatda informasiyanın hərəkəti yalnız qaydalardan asılı deyil. İnsanların bir-birinə nə qədər etibar etməsi də həlledici rol oynayır. Amma istənilən yanaşmanın praktikada işləməsi üçün bir şərt vacibdir: insanlar danışmağın onlara zərər verməyəcəyinə inanmalıdırlar.

    Əgər əməkdaş rəhbərin qərarına etiraz etdiyinə görə kənarlaşdırılacağını düşünürsə, o, susacaq.Əgər menecer problemi vaxtında bildirdiyinə görə cəzalandırılacağını gözləyirsə, məlumatı gizlətməyə çalışacaq. Əgər iclaslarda yalnız rəhbərin fikrini təsdiqləyənlər danışırsa, bir müddət sonra fərqli fikirlər ümumiyyətlə səslənməyəcək.

    Bu isə şirkət üçün təhlükəli vəziyyətdir. Çünki hamının rəhbərlə razılaşdığı təşkilatda heç də hər şeyin yaxşı getdiyini düşünmək olmaz.

    CEO həqiqəti necə öyrənə bilər?

    Bunun üçün hər gün bütün şöbələrdən əlavə hesabat tələb etmək kifayət deyil. Hətta bəzən hesabatların çoxluğu problemi daha da gizlədir. Əsas məsələ elə idarəetmə və kommunikasiya mühiti yaratmaqdır ki, pis xəbər vaxtında və təhrif edilmədən rəhbərliyə çatsın. Bunun üçün isə bir neçə prinsip vacibdir.

    Birincisi, problem haqqında məlumat verən adamla problemi yaradan adamı eyniləşdirmək olmaz.

    İkincisi, rəhbər xoşagəlməz məlumatı eşidəndə ilk reaksiyasına diqqət etməlidir. Çünki bir dəfə hamının qarşısında danlanan əməkdaş növbəti dəfə susmağa üstünlük verə bilər.

    Üçüncüsü, şirkətdə yalnız yuxarıdan aşağı deyil, aşağıdan yuxarı kommunikasiya da işləməlidir. Əməkdaşların fikrini öyrənmək, narazılıqları dinləmək və problemləri rəhbərliyə çatdırmaq üçün real mexanizmlər olmalıdır.

    Dördüncüsü, kommunikasiya və HR funksiyaları yalnız elanlar hazırlamaq, tədbirlər keçirmək və əməkdaş məmnuniyyəti sorğuları aparmaqla kifayətlənməməlidir. Onlar təşkilatdakı informasiya boşluqlarını, etimad problemlərini və gizli narazılıqları vaxtında müəyyənləşdirməyə kömək etməlidirlər.

    Ən təhlükəli xəbər – eşidilməyən xəbərdir

    Şirkətin uğurlu idarə olunması üçün rəhbərin hər şeyi bilməsi mümkün deyil. Amma vacib problemləri vaxtında öyrənməsi mümkündür və zəruridir. Bəzən bir əməkdaşın vaxtında söylədiyi narahatlıq şirkəti böyük maliyyə itkisindən, müştəri itkisindən və ya reputasiya böhranından qoruya bilər. Buna görə də rəhbərlər yalnız yaxşı nəticələr gətirən əməkdaşları deyil, problemləri vaxtında üzə çıxaran insanları da qiymətləndirməlidirlər.

    Şirkətdə pis xəbərlərin rəhbərliyə gec çatması həmişə əməkdaşların səhlənkarlığı deyil. Bəzən bu, rəhbərliyin illər ərzində yaratdığı idarəetmə və kommunikasiya mühitinin nəticəsidir. Və baş direktor üçün ən təhlükəli vəziyyət şirkətdə problemlərin olması deyil.

    Ən təhlükəlisi odur ki, problemlər var, hamı bilir, amma heç kim ona deməyə cəsarət etmir.

    Müəllif: Vüqar Baba (Strateji kommunikasiya eksperti)

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Goldman Sachs Çinin 2026-cı il üzrə ÜDM artımı proqnozunu 4,6%-ə yüksəldib

    19 Oktyabr 2026

    Rəhbərin reputasiyası: şəxsi məsələ, yoxsa biznes aktivi?

    14 Oktyabr 2026

    OPEC+: Hörmüz boğazındakı vəziyyət səbəbindən neft bazarı gündəlik 7 milyon barelə qədər itki ilə üzləşir

    12 Oktyabr 2026

    Çində minik avtomobillərinin satışı sentyabrda 28,1% azalıb

    12 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.