Bolqarıstan “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi çərçivəsində birgə müəssisədə iştirak etmək istəyir
“GDP” xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə “Xəzər – Qara dəniz – Avropa” yaşıl enerji dəhlizi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın ötürücü sistem operatorları arasında birgə müəssisə yaradılacaq.
Bu barədə Tbilisidə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrasına həsr olunmuş nazirlərin 7-ci görüşündə razılıq əldə olunub.
Birgə sazişin iştirakçıları arasında anlaşma memorandumunun tezliklə imzalanması barədə razılıq əldə olunub.Nazirlərin növbəti görüşü iyulda Buxarestdə baş tutacaq.