“Hökumət tərəfindən dəstəklənən Azərbaycan manatın məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacağını proqnozlaşdırırıq”.
GDP əbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirlir.
“S&P Global Ratings”in hesabatında bildirilir: “Buna baxmayaraq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verdiyi kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər”
Əlavə olunub: “Azərbaycanda əmanətlərin dollarlaşması son illərdə nəzərəçarpacaq dərəcədə azalaraq pandemiyadan əvvəlki 55 %-dən 2024-cü ilin aprel ayına olan məlumata görə 37 %-ə enib”