2024-cü ilin yanvar-may aylarında əsas kapitala 6640,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,0% çox investisiya yönəldilib.
GDP xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,1% artıb.
İstifadə olunan investisiyanın 3623,3 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 2379,1 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 638,5 milyon manatı (9,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 5386,9 milyon manatını və ya 81,1 %-ini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 4644,0 milyon manatı və ya 69,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.