Azərbaycanda 2023-cü ildə meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb, halbuki 2022-ci ildə bu göstərici təqribən 4 600 təşkil edib.
GDP xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi”ndən deyib.
O bildirib: “Şirkətlərin böyüməsi təkcə onların dövriyyəsinin artması ilə deyil, eyni zamanda, texniki imkanlarının genişlənməsi, mütərəqqi biznes proseslərinin tətbiqi və məhsuldarlığının yüksəlməsi ilə müşayiət olunur. Bu da, ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasında və şaxləndirilməsində mühüm rol oynayır”